Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platforması
15.07.2026 [11:26]
Əvvəllər münaqişə və dağıntılarla yadda qalan Şuşa bu gün beynəlxalq dialoq və qlobal informasiya mübadiləsinin mühüm platformalarından birinə çevrilib. Artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eyni zamanda ölkənin açıq informasiya siyasətinin mühüm göstəricilərindən biri kimi çıxış edir. Müxtəlif ölkələrdən nüfuzlu media nümayəndələrinin, ekspertlərin və informasiya agentliklərinin Şuşada bir araya gəlməsi təkcə peşəkar fikir mübadiləsi deyil, həm də reallıqların yerində müşahidə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Forumdakı çıxışında vurğuladığı kimi, bu tədbirin əsas məqsədlərindən biri Qarabağda baş verən dəyişiklikləri dünya ictimaiyyətinə birbaşa göstərməkdir. Xarici jurnalistlər bir neçə il əvvəl dağıdılmış şəhər və kəndlərlə tanış olurdularsa, bu gün onlar müasir yaşayış məntəqələrini, bərpa olunmuş infrastruktur layihələrini, öz doğma torpaqlarına qayıdan insanları görürlər. Bu isə informasiya məkanında həqiqətə əsaslanan obyektiv təsəvvürün formalaşmasına xidmət edir.
Müasir dövrdə informasiya sürətlə yayılır, lakin etibarlı informasiya mənbələrinin rolu daha da artır. Dezinformasiyanın geniş yayıldığı bir şəraitdə həqiqətə söykənən jurnalistika beynəlxalq münasibətlərdə etimadın bərpası üçün vacib amilə çevrilir. Məhz buna görə də Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilməsi təsadüfi deyil. Şuşada aparılan müzakirələr göstərir ki, media yalnız hadisələri işıqlandıran vasitə deyil, həm də xalqlar arasında anlaşmanın və qarşılıqlı etimadın formalaşmasına töhfə verən mühüm institutdur.
Diqqətçəkən məqamlardan biri də Forumun ildən-ilə daha geniş beynəlxalq auditoriyanı cəlb etməsidir. Bu, Azərbaycanın təşəbbüslərinin qlobal informasiya məkanında maraq doğurduğunu, Şuşanın isə artıq beynəlxalq media dialoqunun mühüm ünvanlarından birinə çevrildiyini göstərir. Burada formalaşan peşəkar əlaqələr və açıq müzakirələr müxtəlif ölkələrin media nümayəndələri arasında əməkdaşlığın genişlənməsinə də yeni imkanlar yaradır.
Bu gün Şuşa yalnız tarixi və mədəniyyət paytaxtı deyil, həm də həqiqətin təqdim olunduğu, faktların yerində nümayiş etdirildiyi beynəlxalq platformadır. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan informasiya müstəvisində də açıq dialoqa, obyektiv müzakirələrə və həqiqətə əsaslanan əməkdaşlığa üstünlük verir. Məhz bu yanaşma Şuşa Qlobal Media Forumunu qlobal informasiya gündəliyində xüsusi yerə malik nüfuzlu beynəlxalq tədbirə çevirən əsas amillərdən biridir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

