/ / IV Şuşa Qlobal Media Forumu artıq qlobal informasiya gündəliyinin vacib platformalarından birinə çevrilmişdir
IV Şuşa Qlobal Media Forumu artıq qlobal informasiya gündəliyinin vacib platformalarından birinə çevrilmişdir
17.07.2026 [11:56]
Müasir beynəlxalq münasibətlər sistemində informasiya təhlükəsizliyi, media diplomatiyası və qlobal kommunikasiya dövlətlərin siyasi nüfuzunun, beynəlxalq əməkdaşlığının və strateji mövqeyinin formalaşmasında mühüm rol oynayır. Sürətlə dəyişən geosiyasi proseslər, rəqəmsallaşmanın yaratdığı yeni çağırışlar və informasiya mühitində artan rəqabət şəraitində media platformaları təkcə fikir mübadiləsi deyil, həm də dövlətlərin mövqelərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu artıq qlobal informasiya gündəliyinin vacib platformalarından birinə çevrilmişdir.
Forumun açılışında çıxış edən dövlət başçısı vurğulamışdır ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır və bu, tədbirə olan beynəlxalq marağın göstəricisidir. Azərbaycanın, xüsusilə də işğaldan azad edilmiş Qarabağın və Şuşanın belə nüfuzlu auditoriyanı qəbul etməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndiyini, regionun isə sülh, əməkdaşlıq və dialoq məkanına çevrildiyini nümayiş etdirir.
Çıxış zamanı Azərbaycanın müstəqil xarici siyasəti, regional əməkdaşlıq təşəbbüsləri və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində atdığı addımlar da diqqətə çatdırıldı. Dövlət başçısı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha ifadə edərək regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinin vacibliyini qeyd etdi.
Forum həm də süni intellektin, rəqəmsal medianın və yeni kommunikasiya vasitələrinin gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli oldu. Bu müzakirələr göstərdi ki, qlobal informasiya məkanı sürətlə dəyişir və media yeni texnologiyalara uyğun fəaliyyət göstərməlidir.
Çıxışda Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi yer ayrılmışdır. Dövlət başçısı bildirmişdir ki, Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək yeganə mesaj dostluq, qardaşlıq və müttəfiqlik olmalıdır. Prezident İlham Əliyevin "Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik" fikri iki dövlət arasında münasibətlərin ən yüksək strateji səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirmişdir. Müttəfiqlik münasibətləri təkcə siyasi sahədə deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlıq istiqamətlərində də uğurla inkişaf edir və regionda sabitliyin əsas təminatlarından biri kimi çıxış edir.
Forum çərçivəsində Avropa İttifaqı ilə münasibətlərə də toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki, cari ilin ilk aylarında Brüsseldən Azərbaycana bir sıra mühüm səfərlər həyata keçirilmişdir. Bu təmaslar Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafına xidmət edir.
IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Şuşa artıq təkcə Azərbaycanın deyil, beynəlxalq media ictimaiyyətinin də diqqət mərkəzində olan nüfuzlu platformaya çevrilib. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın qlobal proseslərə baxışını və informasiya təhlükəsizliyi sahəsində mövqeyini beynəlxalq auditoriyaya aydın şəkildə çatdırdı.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

