/ / Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir
Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir
03.08.2026 [09:17]
Fransa Milli Assambleyasının Milli müdafiə və silahlı qüvvələr komissiyasında keçirilən dinləmələrdə Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) rəhbəri Selin Berton və Müdafiə Kəşfiyyatı və Təhlükəsizliyi İdarəsinin (DRSD) direktoru, ordu korpusu generalı Aymerik Bonmezon ölkənin üzləşdiyi hibrid təhlükələr barədə xəbərdarlıq ediblər. Onların çıxışları Fransanın öz ərazisində mümkün hibrid hücumlara hazırlıq gördüyü dövrə təsadüf edir.
AZƏRTAC xəbər verir ki, dinləmələr zamanı hər iki qurumun rəhbəri hibrid müharibənin müasir təhlükəsizlik mühitinin əsas çağırışlarından birinə çevrildiyini vurğulayıb. Onların sözlərinə görə, mülki və hərbi əks-kəşfiyyat xidmətləri casusluğun, xarici müdaxilələrin və milli təhlükəsizliyə yönəlmiş fəaliyyətlərin qarşısının alınmasında əsas rol oynayır.
Bertonun sözlərinə görə, hibrid müharibənin məqsədi birbaşa silahlı qarşıdurmaya girmədən üstünlük qazanmaq, rəqibi qorxutmaq və ya onun sabitliyini pozmaqdır. Bu fəaliyyətlər qəsdən qeyri-müəyyən formada həyata keçirilir ki, onların arxasında duran tərəfi müəyyən etmək mümkün olmasın və ya bunu sübut etmək çətinləşsin.
General Aymerik Bonmezon da oxşar mövqe sərgiləyərək bildirib ki, hibrid müharibənin məqsədi klassik hərbi döyüşə girmədən rəqibi öz iradəsinə tabe etdirməkdir. O qeyd edib ki, bunun üçün dövlət təhlükələri vaxtında aşkar etməli, onları müəyyənləşdirməli, qarşısını almalı və cəmiyyətin davamlı maarifləndirilməsini təmin etməlidir.
DRSD rəhbərinin sözlərinə görə, son illərdə hərbi obyektlər üzərində pilotsuz uçuş aparatlarının müşahidə olunması və müdafiə sənayesi zonaları üzərində kəşfiyyat xarakterli uçuşların artması artıq hibrid fəaliyyətin nümunələri kimi qeydə alınıb. Lakin belə hallarda əsas çətinlik təhlükənin mənbəyini dəqiq müəyyənləşdirməkdir.
Fransa təhlükəsizlik qurumları hesab edir ki, hibrid təhdidlərə qarşı mübarizənin əsas şərti mülki və hərbi strukturlar arasında əməkdaşlığın gücləndirilməsidir. Məhz bu məqsədlə 2026-cı ilin əvvəlində DGSI və DRSD Fransa ərazisində Soyuq müharibədən bəri keçirilən ən iri hərbi təlim – Orion manevrlərində fəal iştirak edib. Təlim proqramına xarici müdaxilə, casusluq, kiberhücumlar, informasiya manipulyasiyası və həssas infrastrukturun müşahidəsinə qarşı mübarizə ssenariləri daxil edilib.
Xəbər lenti
Hamısına baxHadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50

