Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana gedən nəqliyyat vasitəsində narkotik aşkarlanıb

Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana gedən nəqliyyat vasitəsində narkotik aşkarlanıb

06.08.2026 [13:46]

Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə - tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, idarənin “Mazımqara” gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana “minik avtomobilləri” yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilən təmiz çəkisi 385 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31