Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / CNN: ABŞ İranla danışıqları dayandırıb

CNN: ABŞ İranla danışıqları dayandırıb

19.08.2026 [15:53]

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp administrasiyanın rəsmilərinə İranla danışıqları dayandırmağı tapşırıb. 

AZƏRTAC xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Bildirilib ki, ABŞ siyasi müttəfiqlərini strategiyadakı dəyişiklik barədə məlumatlandırıb. 

"İranı mümkün qədər tez əzmək" yanaşması “Zamanla onu boğmaq" ideyası ilə əvəzlənib”, - deyə məlumatda vurğulanıb. 

Həmçinin diqqətə çatdırılıb ki, Donald Tramp əvvəllər dəfələrlə danışıqların yaxşı irəlilədiyini və yeni razılaşmanın qaçılmaz olduğunu iddia etsə də, o, indi bu istiqamətdə diplomatik səylərin olmadığını deyir.

Eyni zamanda, vurğulanır ki, danışıqları bərpa etməzdən əvvəl ABŞ Prezidenti İran liderlərinin razılaşmaya nail olmaq istəyini nümayiş etdirməsini istəyir.

Xatırladaq ki, Donald Tramp ABŞ-nin İranla danışıqlar aparmadığını və bununla bağlı planlarının da olmadığını bildirib.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31