Şərqin qapısı Naxçıvan indi həm də qərbin strateji qapısıdır...
19.08.2026 [19:33]
Bilirik ki, hazırda necə deyərlər gözümüzün qarşısında böyük güclərdünyanın yeni düzənini formalaşdırmaqla, xəritəsini çizməklə məşğuldurlar. Bu formalaşma təəssüflər olsun ki, qanla, amansız müharibələrlə, ziddiyyətli geo-siyasi oyunlarla, ağıla gəlməz siyasi hiylələrin tətbiqi ilə, ağrılı-acılı, sancılı proseslərin dalğasında icra edilməkdədir.Bəli, dünyaya bu boyda yükü qaldırmaq çox çətindir! Mürəkkəb oyunlar fonunda xüsusi ilə orta və kiçik təsir imkanlarına malik dövlətlər üçün isə bu proseslər heç də asan keçmir. Çünki o “Böyük güclər” dünyanı yenidən maraq dairlərinə bölüşdürmək məqsədi ilə müxtəlif coğrafiyalarda məhz bu ölkələrdən istifadə edərək bir-biriləri ilə ya açıq savaşır, ya da örtülü formadaçəkişirlər. Biz bunun nümunəsini hər coğrafiyada görə bilərik. Bu baxımdan Rusiya-Ukrayna və ya ABŞ-İran müharibələri aysberqin yalnız görünən tərəfləridir. Biz, Afrika başda olmaqla “məzlum coğrafiya”larda bu fonda nələrin baş verdiyini yalnız xəyallarımızda təsəvvür edə bilirik. Reallıq isə budur ki, sahədə o ölkələrin xaqları imperialistlərin zülmündən bu gün də böyük əziyyətlər çəkirlər. Onlar dünyanı bölürlər, məzlum xalqlar isə onun ağrısını-acısını yaşayırlar. Ona görə də güclünün deyil, haqlının dünyasını qurmaq üçün güclü olmaq lazımdır. Güc birliyimiz bu mərhələdə daha üst səviyyəyə qaldırılmalıdır. Əlbəttə ki, hazırkı beynəlxalq münasibətlər sistemində, siyasi tamaşaların oynanıldığı bu teatrda bizim üçün təkcə Azərbaycan və ya Türkiyənin gələcəyi deyil, ilk növbədə bütün Türk dövlətlərinin, Türk coğrafiyasının, o cümlədən yerləşdiyimiz bölgənin də taleyi, gələcəyi siyasətimizin əsas prioritetidir. Baxın, mən cənab Prezident İlham Əliyevin son Naxçıvan səfərini çox yaxından izlədim. Onun orada verdiyi bəyanatlarla da çox dərindən tanışam. İlham Əliyev gerçəkdən də böyük dövlət xadimi, siyasətçi olmaqla yanaşı, həm də bir strateqdir. Diqqət edin, bu gün yaşadığımız bu hadisələrdən əvvəl o uzaqgörənliklə vurğulamışdı ki, “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır!”. Türk Dövlətləri Təşkilatının sammitindəki digər bir çıxışında isə deyirdi ki, biz gücümüzü daha da sıx birləşdirməliyik, hətta birgə hərbi təlimlər də keçirtməliyik. Bunlar nə deməkdir? Bu böyük strateq olan İlham Əliyevin hadisələri öncədən dəqiqliklə görüb, proseslərin axarını hesablayıb və onun nəyə istiqamətləndiyini dəqiq təhlil edib və düzgün nəticə çıxarıb qərarlar qəbul etməsinin aydın təzahürüdür.
Birdə ki, digər açıq-gizli birliklərin, ittifaqların, paktların formalaşdırıldığı bir dünyada bizim də öz güc birliyimizi, özü də kimsəyə qarşı olmayan, sadəcə özümüzü müdafiə etmək məqsədini güdən əməkdaşlığımızı gücləndirməyimiz tamamilə təbii haqqımızdır. Coğrafiyamızda Prezident İlham Əliyev hazırda bu proseslərə faktiki liderlik edən siyasətçidir. Bilirsiniz, cənab Prezident vaxtı ilə Türk birliyinin əsaslarını da məhz Naxçıvanda inşa etməyə başlamışdı. Əlbəttə, qardaşı Prezident Rəcəb Tayyib Ərdoğan və digər Türk dövlətləri Liderləri ilə birlikdə bu prosesi gerçəkləşdirmişdi. İndi yenə də Naxçıvan və orada görülən böyük işlər gündəmdədir. Fərq ondadır ki, artıq təkcə bizim deyil, dünyanın gündəmindədir. Biz onu da görürük ki, tarixən “Böyük şərq”in, Qarabağ zəfərindən sonra isə Turanın qapısı kimi xarakterizə edilən Naxçıvan, ötən ilin avqustun 8-də Vaşinqton razılaşmalarından sonra artıq Avrasiyanın yeni geo-siyasi prioritetlərində tarixi yer tutmağa və hətta həyati rol oynamağa çox yaxındır. Zəngəzur dəhlizinin, TRİPP layihəsinin reallaşdırılması Naxçıvanı sözsüz ki, Avrasiyanın açar bölgəsinə çevirəcək və bu heçdə uzaq gələcək deyil, çox yaxında biz bu prosesin real meyvələrini görə, hətta dərə biləcəyik. Naxçıvanda görülən və görüləcək işlər isə həqiqətən də Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın son dövrlərdə nələri bacardığının çox parlaq və örnək götürüləsi uğurlarıdır. Biz bu nailiyyətləri elə Türkiyənin və TDT-nin uğurları hesab edirik. Artıq bu proseslərin həm Özbəkistanda, həm Qazaxıstanda, həm də Qırğızıstanda da necə böyük diqqətlə izlənildiyini, onların bu işlərdə çox yaxından iştirak etdiklərini də yaxşı bilirik. Deməli, çıxan nəticə ondan ibarətdir ki, biz yaxın perspektivdə daha güclü Türk dünyası inteqrasiyasının, yəni, böyük tarixi hadisələrin şahidləri olacağıq. Yeni dünya düzənində bizim də güclü mövqeyimiz və yerimiz olacaq. Dünya gerçəkdən də beşdən böyükdür və o “Böyüklər liqası”nda bizim də öz sayqı duyulası yerimiz artıq indidən var. Kutlu olsun!
Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri
“İMZA” İB-nin Türkiyə təmsilçisi
Türkiye Azerbaycan Dostluq, Emekdaşlıq ve Hemreyliq Fondu İdare Heyeti Üzvü
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25

