Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

19.08.2026 [18:48]

Azərbaycanın Qəbələ şəhəri bu yaxınlarda bir neçə gün ərzində müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirən böyük bir mədəni tədbirə ev sahibliyi etdi. İştirakçılar arasında “Flueraş” xalq mahnı və rəqs ansamblının nümayəndələri də var idi.

AZƏRTAC xəbər verir ki, Moldova ansamblının baş xoreoqrafı Yuriy Bivol bu genişmiqyaslı beynəlxalq musiqi festivalı ilə bağlı təəssüratlarını Moldovanın nüfuzlu “Noi.md” xəbər portal ilə bölüşüb.

O məqalədə qeyd edir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildə təsis edilib və Heydər Əliyev Fondu tərəfindən təşkil edilən klassik musiqi və mədəniyyətə həsr olunmuş tədbirdir. Festival hər yay məşhur sənətçiləri, simfonik orkestrləri və beynəlxalq ansamblları mənzərəli təbii mühitdə bir araya gətirir.

Artıq on beşinci dəfə təşkil olunan builki festival təkcə Azərbaycan sənətçilərini deyil, həm də Avstriya, Niderland, Rusiya, Özbəkistan, Vyetnam, Almaniya və Moldova Respublikasından qonaqları bir araya gətirib.

“Bizi çox səmimi qarşılayan Azərbaycan tamaşaçıları qarşısında rəqs etmək böyük sevinc və şərəf idi. Əvvəlcə tamaşaçılar bir qədər təmkinli idilər, amma çıxışımızın sonunda onların reaksiyası çox emosional oldu, onlar coşğun alqışladılar və hətta səhnənin qarşısında rəqqaslarımıza qoşuldular. Bu, inanılmaz bir enerji mübadiləsi idi!", - deyə Yuriy Bivol qeyd edib.

Yuriy Bivol həmçinin festivalın onu təkcə çıxışları ilə deyil, həm də atmosferi və mənzərəli məkanı ilə heyran etdiyini söyləyib.

“Festival təşkilatçıları bizə Azərbaycanda əlavə bir gün qalaraq Bakı turuna çıxmaq imkanı yaratdılar. Paytaxtınız həm gündüzü, həm də gecə işıqları ilə göz oxşayan, mənzərələri sehrli, təmiz və möhtəşəm bir şəhərdir. Memarlığı da dərin təsir bağışlayır. İstər rəqqaslar, istərsə də mən gördüklərimizdən, bizə göstərilən diqqət və qayğıdan çox məmnun qaldıq. Fürsətdən istifadə edərək, ölkəmizi və mədəniyyətimizi qürurla təmsil etmək şəraitini yaradan diplomatik missiyamızın nümayəndələrinə bir daha təşəkkür edirəm. Biz sənətçilər üçün ənənələrimizi yalnız vətəndə deyil, Moldova hüdudlarından kənarda da təbliğ etmək böyük əhəmiyyət kəsb edir”, – deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31