Türk Dövlətləri Zirvəsi: birlikdən gücə, əməkdaşlıqdan tərəqqiyə
22.09.2026 [10:34]
Türk dünyasının qədim tarixi, zəngin mədəni irsi, ortaq dil və mənəvi dəyərləri müasir dövrdə dövlətlərimiz arasında əməkdaşlığın möhkəm təməlini təşkil edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri yalnız dövlət və hökumət başçılarının görüşü deyil, həm də türk dövlətlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi mühüm platformadır.
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə təşkilatın əhəmiyyətinə toxunaraq bildirmişdir ki, TDT artıq “sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”. Dövlət başçısı təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulamış, türk dövlətlərini ortaq tarixi, etnik kökləri və milli-mənəvi dəyərlərin bir ailə kimi birləşdirdiyini qeyd etmişdir.
Türk Dövlətləri Təşkilatının qarşısında duran əsas məsələlərdən biri onun beynəlxalq mövqeyinin daha da gücləndirilməsidir. İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, təşkilata üzv dövlətlərin daxili siyasi və iqtisadi sabitliyi, geostrateji mövqeyi, gənc əhalisi, nəqliyyat-logistika imkanları, təbii resursları, eləcə də hərbi və hərbi-texniki sahədə artan potensialı TDT-ni qlobal arenada mühüm aktora çevirir.
Bu potensialın düzgün istiqamətləndirilməsi türk dövlətləri üçün yeni imkanlar yaradır. Nəqliyyat və logistika, enerji, ticarət, investisiya, rəqəmsal iqtisadiyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi təşkilatın gücünü artıran amillərdəndir.
Prezident İlham Əliyev 2026-cı ildə TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən də təşkilatın beynəlxalq gündəliyin mühüm məsələlərini əhatə etdiyini və beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə etdiyini vurğulayıb.
Azərbaycanın TDT çərçivəsində fəal təşəbbüsləri də bu prosesin mühüm hissəsidir. Qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüsçüsü kimi Azərbaycan dövlət başçıları arasında daha sıx məsləhətləşmələrin aparılmasına və ortaq qərarların qəbuluna şərait yaradır. İlham Əliyevin sözləri ilə desək, dünyada proseslərin sürətlə dəyişdiyi bir şəraitdə dövlət başçılarının daha tez-tez görüşməsi və bir-birinin fikirlərini öyrənməsi mühüm məsələlərdəndir.
Sülh və təhlükəsizlik Türk Dövlətləri Təşkilatının gündəliyində xüsusi yer tutur. Qəbələdəki Zirvə Görüşündə Prezident İlham Əliyev açıq şəkildə bildirmişdir: “Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.”
Bu fikir türk dövlətlərinin qarşısında duran əsas vəzifələrdən birini də müəyyənləşdirir. İqtisadi inkişaf, nəqliyyat layihələrinin reallaşdırılması, investisiyaların artırılması və sosial rifahın yüksəldilməsi üçün ilk növbədə sabit və təhlükəsiz mühit lazımdır.
Azərbaycanın təşəbbüsü ilə TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də bu baxımdan diqqət çəkir. Dövlət başçısı 2025-ci il Zirvə Görüşündə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini vurğulayıb və 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.
Sülhün və təhlükəsizliyin qorunması yalnız hərbi əməkdaşlıqla məhdudlaşmır. Qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və humanitar layihələrin həyata keçirilməsi də regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Türk dünyasının gələcəyini müəyyənləşdirəcək əsas qüvvələrdən biri gənclərdir. TDT ölkələrinin əhalisinin mühüm hissəsini gənclərin təşkil etməsi təşkilatın gələcək potensialını daha da artırır.
Bu baxımdan gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Birgə forumlar, tələbə mübadilələri, elm və innovasiya layihələri, mədəniyyət proqramları və idman tədbirləri gənclərin bir-birini daha yaxından tanımasına və ortaq dəyərlər əsasında əlaqələr qurmasına imkan yaradır.
Azərbaycan və Özbəkistan arasında bu istiqamətdə həyata keçirilən təşəbbüslər nümunə kimi göstərilə bilər. 2026-cı ildə Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın iclasında gənclərin idman və intellektual yarışlarını birləşdirən “İki ölkə - bir çempionat” proqramının hazırlanması və Özbəkistan-Azərbaycan İdman Oyunlarının yaradılması təklifləri səsləndirilib.
Gənclərin qarşılıqlı fəaliyyətinin gücləndirilməsi ortaq tarixi və mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan hər bir addım türk dünyasının gələcək həmrəyliyinə sərmayədir.
Türk xalqlarını birləşdirən ən güclü mənəvi körpülərdən biri onların zəngin ədəbi və mədəni irsidir. Azərbaycan və Özbəkistan münasibətlərində Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı xüsusi yer tutur.
Bakıda Əlişir Nəvainin abidəsinin ucaldılması, Daşkənddə isə Nizami Gəncəvinin abidəsinin olması iki xalqın bir-birinin mədəni irsinə verdiyi böyük dəyərin ifadəsidir.
Bu yaxınlıq təkcə tarixi faktlarla məhdudlaşmır. 2026-cı ildə Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın iclasında Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpünün yaradılması, onların irsinə həsr olunan birgə filmlərin çəkilməsi təklifi də irəli sürülüb. Bu təşəbbüs ortaq ədəbi irsin müasir vasitələrlə gənc nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Nizami Gəncəvi və Əlişir Nəvai kimi böyük mütəfəkkirlər türk dünyasının mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Onların yaradıcılığında insanlıq, ədalət, elm, mənəviyyat və sülh kimi ümumbəşəri dəyərlər mühüm yer tutur. Bu irsin birlikdə təbliği xalqlarımız arasındakı mənəvi bağları daha da gücləndirir.
Türk Dövlətləri Təşkilatının gələcəyi həm siyasi və iqtisadi, həm də mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsindən keçir. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz və milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Bu gün türk dövlətlərinin qarşısında böyük imkanlar var. Bu imkanların reallaşdırılması üçün siyasi iradə, qarşılıqlı etimad, iqtisadi əməkdaşlıq və ən əsası, xalqlarımız arasında möhkəm mənəvi bağlar lazımdır. Zirvə görüşləri isə bu məqsədlərin müzakirə edildiyi və yeni təşəbbüslərin meydana çıxdığı mühüm platforma olaraq türk dünyasının gələcək inkişafında əhəmiyyətli rol oynayır.
Sevinc Mustafayeva
YAP Culfa rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

