Uçot dərəcəsi sabit saxlanılıb
24.09.2026 [10:51]
Faiz dəhlizi isə genişləndirilib
Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5 faiz səviyyəsində müəyyən edilib. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb. Faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.
Mərkəzi Bank ehtiyatlarını tarixi maksimuma-15,3 milyard dollara yüksəldib
MB hesab edir ki, ölkədə illik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5,7 faiz təşkil edib ki, bu da iyuldakı analoji göstəriciyə nəzərən 0,1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2 faiz, ödənişli xidmətlər üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə isə 3,7 faiz olub. İllik baza inflyasiya 5,1 faiz təşkil edib. Ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnoz isə dəyişməz qalır.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25,8 faizə enib. Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 8 ayda MB valyuta ehtiyatlarını 32,9 faiz artılaraq 15,3 milyard dollara yüksəldib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.
İnflyasiya təzyiqlərinin artacağı gözlənilmir
Azərbaycanın xarici sektor göstəriciləri də əlverişli hesab edilir. Gömrük statistikasına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10,4 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-avqust aylarında pul baratları üzrə saldo 751 milyon dollar təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 74,1 faiz artıb. Cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunun artım istiqamətində dəyişməsi ehtimalı gözlənilir.
Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə edilmədiyindən qiymət indeksi bazarında sabitlik hökm sürəcək. Doğrudur, qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşlarından daxili qiymətlərə ötürülməsi riski qalır. Bu ötürülmənin dərəcəsi digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Mərkəzi Bankın növbəti aylarda inflyasiya proqnozlarının dəyişmə ehtimalı da məhz bu risklərin reallaşma miqyasına bağlıdır. Ancaq mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini artıracağı gözlənilmir.
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri və onların daxili iqtisadiyyata ötürülmə intensivliyini nəzərə alaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında nəzərdən keçiriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

