Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

19.08.2026 [23:53]

Ukrayna Ali Radası 312 səslə Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib. Bundan əvvəl o, iyul ayında hökumətin yenidən formalaşdırılmasından sonra müdafiə nazirliyinə nazirin səlahiyyətlərini icra edən şəxs kimi rəhbərlik edib.

Bu barədə AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir.

Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xmaranın namizədliyini parlamentə təqdim edib.

Xmara parlamentdə səsvermədən əvvəl deputatlar qarşısında çıxış edərək hərbi xidmətdən tərxis olunduğunu və hazırda mülki şəxs olduğunu bildirib.

“Mən qarşınızda mülki şəxs kimi dayanmışam. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 26-cı maddəsinə uyğun olaraq hərbi xidmətdən tərxis olunmuşam”, - deyə Yevgeni Xmara bəyan edib.

O, müdafiə naziri vəzifəsində əsas prioritetlər sırasında cəbhənin gücləndirilməsini və hərbçilərin silahla operativ təmin olunmasını, Rusiya hərbi və strateji obyektlərinə uzaqmənzilli dərin zərbələrin və orta mənzilli zərbələrin endirilməsini, Ukraynanın müdafiə sənayesinin inkişaf etdirilməsini və silah istehsalının artırılmasını, hərbçilərin müdafiə edilməsini və onlara dəstək göstərilməsini, onların hazırlığının təmin olunmasını və xidmət üçün ədalətli qaydaların müəyyənləşdirilməsini, prezident, parlament, hökumət, Baş Qərargah, Müdafiə Nazirliyi, ordu, istehsalçılar və tərəfdaşlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsini qeyd edib.

Yevgeni Xmara vurğulayıb ki, Ukrayna müharibədə strateji təşəbbüsü ələ keçirməli, bu istiqamətdə Ukrayna silahları və uzaqmənzilli zərbələr əsas rol oynamalıdır.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31