Ermənistanda daxili vəziyyət yenidən gərginləşir
09.02.2016 [09:41]
Serj Sarkisyan saxta referendum keçirmək üçün özünə müttəfiq etdiyi “Daşnaksutyun”a da “badalaq gəlir”
Ötən ilin sonunda saxta referendum keçirməklə hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olmuş Serj Sarkisyan, deyəsən, ara sakitləşincə öz müttəfiqlərinə “badalaq gəlmək” niyyətindədir. Bu isə Ermənistanda yenidən daxili vəziyyətin gərginləşməsinə səbəb olub. Yerli analitiklərin fikrincə, hadisələrin bu məcrada inkişafı Serj Sarkisyan rejimi üçün heç də xoş gələcək vəd etmir.
Məsələ burasındadır ki, Serj Sarkisyanın təşəbbüskarı olduğu və ölkənin konstitusiya quruluşunu dəyişməyə yönələn referendumun keçirilməsində hakimiyyətə ən böyük dəstək “Daşnaksutyun” partiyasından verilmişdi. Məhz “Daşnaksutyun”dan olan deputatların səs verməsi nəticəsində qanun layihəsi parlamentdə səs çoxluğu ilə qəbul olunmuşdu. Bunun müqabilində isə hakim partiya daşnaklara yaxın vaxtlarda hökumətdə aparılacaq islahatlardan sonra iki nazir postunu vəd etmişdi. Belə güman edilirdi ki, hətta hökumətin yeni tərkibini müəyyən etmək məqsədilə fevralın ortalarında parlamentin növbədənkənar toplantısı keçiriləcək. Ekspertlərin fikrincə isə, hazırda ölkədə vəziyyət bir qədər fərqlidir və daha da mürəkkəbləşib. Belə ki, öz gələcək hakimiyyətinin taleyini həll etmiş Serj Sarkisyan artıq bir qədər də özünü arxayın hiss etdiyindən öz keçmiş müttəfiqlərinə arxa çevirməkdədir.
“Panorama.am” saytına müsahibəsində hakim Respublika Partiyasının təşkilat məsələləri üzrə katibi Ruben Tadevosyan bildirib ki, hökumətdə struktur islahatlarının aparılması məsələsində hələlik Serj Sarkisyan tələsmir.
“Hər hansı bir qərarın qəbul edilməsindən öncə bu məsələ hakim partiyanın şura iclasında müzakirə olunur. Şuranın iclasının keçirilməsinin tarixi isə partiyanın sədri Serj Sarkisyan tərəfindən müəyyən olunur. Hələlik belə bir iclasın keçirilməsi barədə hər hansı bir məlumatımız yoxdur. Ola bilsin ki, gələcəkdə belə bir iclas keçirilsin və “Daşnaksutyun”la hansı formada və necə əməkdaşlıq edilməsi məsələsinə baxılsın”, - deyə hakim partiya rəsmisi vurğulayıb.
Lakin Ruben Tadevosyanın fikirləri qarşı tərəfdə qəzəblə qarşılanıb. Daşnaklar Serj Sarkisyanın öz məkrli niyyətlərinə çatmaq üçün onları aldatdığını düşünürlər.
Saytın yazdığına görə, Serj Sarkisyan öz kriminal hakimiyyətinin ömrünü uzatmaq üçün dəfələrlə belə metodlardan istifadə edib. Çünki nəyin bahasına olursa olsun, S.Sarkisyan ölkədəki mövcud kriminal idarəetmə rejimini qorumağa məcburdur. Məhz bu yolla o, ölkənin birinci şəxsi olaraq ötən 10 il müddətində sadə ermənilərin başına açdığı oyunlara, - onları necə səfalət içində yaşamağa məhkum etməsi, ölkədə indiyədək görünməmiş həddə çatan miqrasiya, korrupsiya və rüşvətxorluğun artması, hakimiyyətin kriminal üsul-idarəsi və s. kimi məsələlərə görə ədalət məhkəməsindən canını birtəhər qurtarmış olacaqdı. O, bu yolda hətta sələfləri - Levon Ter-Petrosyan və Robert Köçəryana belə xəyanət etmiş oldu. Onu hakimiyyətə gətirənləri təkrar ölkə prezidenti olmaq “arzu”larından məhrum etdi. İndi isə növbə hakim partiyanın parlamentdəki əsas tərəfdaşı rolunda çıxış edən “Daşnaksutyun” partiyasına gəlib çatıb.
Xatırladaq ki, ötən il dekabrın 6-da keçirilən referendumla Ermənistanın konstitusiya quruluşuna ciddi dəyişiklik edilib. Ölkə prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Başqa sözlə, prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçir. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcək. Daha dəqiq desək, 2017-ci ildə keçiriləcək parlament seçkilərini saxtalaşdırmaqla hazırkı iqtidarda olan Respublika Partiyası Serj Sarkisyanı ölkənin baş naziri etməyə hazırlaşır. Əgər referendum baş tutmasa idi belə, onun parlament sədri vəzifəsinə seçiləcəyi indidən hazırlanmışdı. Çünki hazırkı parlamentdə hakim partiya proporsional sistem üzrə seçilmiş 90 yerdən 69-na sahib idi. Yerli analitiklər belə hesab edirlər ki, referenduma görə ölkədə majoritar seçki sisteminin ləğv olunması ilə parlamentdəki 41 deputat yerinin əksəriyyətinin iqtidar partiyasına keçəcəyi nəzərdə tutulur. Başqa sözlə, istənilən halda, 2017-ci ildəki parlament seçkisinin nəticələrinin saxtalaşdırılacağı indidən gün kimi aydındır. Belə ki, S.Sarkisyanın prezidentlik müddəti hələ 2018-ci ildə başa çatacaq. Və 2017-2018-ci illər ölkədə keçid dövrü elan olunacaq, keçid hökuməti qurulacaq. Ekspertlər belə hesab edirlər ki, bundan sonrakı mərhələdə isə Serj Sarkisyanın hakimiyyətdə yenidən zühur etməsi üçün heç bir əngəl qalmayacaq. Və parlament səsverməsi ilə S.Sarkisyan yenidən ölkənin birinci şəxsi - baş nazir postuna gətiriləcək.
Amma parlament seçkilərinə təqribən ilyarım qalıb və hadisələrin bu şəkildə davam etməsi Serj Sarkisyan üçün yaxşı heç nə vəd etmir. Belə ki, yerli ekspertlərin fikrincə, ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan olsa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə, hakimiyyət uğrunda mübarizə hələ bundan sonra daha da qızışacaq. Xəyanət etdiyi sələfləri - Levon Ter-Petrosyan və Robert Köçəryan, eləcə də onları dəstəkləyən qüvvələr bir yana, “Daşnaksutyun” partiyasının da əks cəbhəyə meyillənməsi işğalçı ölkədə qüvvələr balansını dəyişə bilər. Bu isə Serj Sarkisyan üçün heç də xoş olmayan nəticələrə yol aça bilər. Yerli ekspertlərin bu proqnozlarının nə qədər real olduğunu isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13

