Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
17.09.2020 [09:43]
Ekspertlər hesab edirlər ki, pandemiyanın fəsadlarına baxmayaraq, ölkəmizdə təhsil ocaqlarının tikintisi davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb
Məlum olduğu kimi, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində qeyd olunduğu kimi, yeni dərs ili yeni formatda təşkil edilib. Bunun əsas məqsədi şagirdləri, təhsil işçilərini və ümumilikdə vətəndaşlarımızı pandemiyadan qorumaqdır.
Öz növbəsində sözügedən məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fatma Yıldırım deyib ki, bu gün ölkəmizdə təhsilin bütün pillələrində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Millət vəkilinin sözlərinə görə, pandemiyanın fəsadlarına baxmayaraq, ölkəmizdə təhsil ocaqlarının tikintisi davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb: “Son 17 ildə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Son bir neçə il ərzində modul tipli məktəblərin də tikintisi böyük vüsət alıb. Bu il isə modul tipli 60 məktəbin tikintisi həyata keçirilir. Eyni zamanda ali məktəblərin binalarının da əsaslı təmir olunması, yeni korpusların tikintisi işləri davam etdirilir. Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun, Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusunun, ADA-nın yeni iki korpusu istifadəyə verilməsi buna nümunədir”.
Deputat qeyd edib ki, 2020-ci ildə də ümumilikdə 147 məktəbin tikintisi nəzərdə tutulur. Onlardan 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. “Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış etmiş, bu sahədə genişmiqyaslı işlər reallaşdırmışdır. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib”.
F.Yıldırım onu da söyləyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil siyasətinin çox mühüm strateji hədəflərindən biri qara qızılın intellektual kapitala çevrilməsidir: “Azərbaycan Prezidenti İlham Əliyev xalqın intellektual potensialının yüksəlməsi, gənclərin savadlı, bilikli, vətənpərvər və milli ruhda böyüməsinin cəmiyyətin və dövlətin inkişafında müstəsna əhəmiyyətini görür, müstəqil dövlətimizi daha da inkişaf etdirəcək, onun müstəqilliyini qoruyacaq yeni nəslin formalaşdırılmasını başlıca vəzifələrdən biri hesab edir və bu istiqamətdə ardıcıl, məqsədyönlü, düşünülmüş siyasət həyata keçirir”.
“Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində yer alan fikirlər Azərbaycan təhsilinin prioritet istiqamətlərini müəyyənləşdirir, gələcəyin azərbaycanlısının - əsl vətəndaşının - şəxsiyyətin formalaşması prosesinin sərhədlərini dəqiq şəkildə ifadə edir”. Bu fikirləri isə siyasi ekspert Elçin Mirzəbəyli bildirib. Ekspertin sözlərinə görə, Prezident çox haqlı olaraq qeyd edir ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Bilik, yüksək intellekt, müasir texnologiyaların mənimsənilməsi müasir dövrdə mühüm əhəmiyyətə malikdir. Amma bütün bu keyfiyyətlərin təməlində milli ruh, Vətənə sevgi dayanmırsa, o zaman ən yüksək zəka belə özgə əllərdə alətə, öz xalqına, dövlətinə qarşı tuşlanan silaha çevrilir, yaradıcılıq qayəsini dağıdıcılıq əvəz edir. Məhz bu baxımdan, vətənpərvərlik ruhu, ənənəvi Azərbaycan dəyərlərinə sadiqlik gənc nəslin tərbiyəsində müstəsna əhəmiyyətə malikdir. Hər bir xalqı, milləti ayrı-ayrı fərdlər təşkil edir. Əgər bu fərdlər mənsub olduqları xalqın min illərin sınağından keçərək bu günümüzə gəlib çatan dəyərlərinin daşıyıcısı olmurlarsa, fərd olaraq öz identikliklərini itirirlər. Bu isə öz növbəsində, xalqın, millətin qan yaddaşının pozulmasına, özünəməxsusluğunun itirilməsinə, yad mədəniyyətlərin təsiri altında öz milli varlığından uzaqlaşmasına gətirib çıxarır.
“Bu gün təhsil sisteminin, müəllimlərin ən ümdə vəzifələrindən biri də uşaqlarımıza, gənclərimizə yüksək təhsil verməklə yanaşı, onların əsl Azərbaycan vətəndaşı kimi, şəxsiyyət olaraq formalaşmasına nail olmaqdır. Müasir informasiya və kommunikasiya texnologiyalarının inkişafı bütün milli dövlətləri, o cümlədən Azərbaycan Respublikasını ciddi çağırışlar qarşısında qoyur. Müxtəlif ideologiyalar arxasında pərdələnmiş xarici maraqlar hər gün üzərimizə hücum çəkir, bizi öz köklərimizdən uzaqlaşdırmağa, hər qəlibə uyğunlaşdırılması mümkün olan kütləyə çevirməyə çalışırlar. Belə bir şəraitdə Azərbaycan Prezidentinin təhsil sisteminin qarşısında qoyduğu vəzifələr milli immun sistemimizin gücləndirilməsi üçün yeganə çıxış yoludur. Məhz bu baxımdan, dövlət müstəqilliyimizin qorunması, inkişaf yolunun davam etdirilməsi bizim bu gün formalaşdırdığımız şəxsiyyətlərdən, həqiqəti yalandan, elmi, müasir texnologiyanı assimilyasiya alətindən seçməyi bacaran, yalnız və yalnız bu torpağa bağlı olan vətəndaşlardan asılıdır”, - deyə E.Mirzəbəyli vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26

