Naxçıvandan Bakıya...
08.06.2024 [09:30]
9 iyun - müstəqilliyin əbədiliyinə inamın tarixi!
Xalqa Azərbaycanı xilas edəcək lider - inam və etimad ünvanı lazım idi...
Siyasi rəngarəngliyi ilə bütün dövrlərdən kəskin seçilən XX əsr xalqımızın tarixinə böyük əhəmiyyətə malik bir yüzillik kimi yazıldı. Ötən əsrin ikinci onilliyinin sonunda imperiya əsarətindən xilas olub müstəqilliyini elan edən Azərbaycanın azadlıq arzusu cəmisi 23 aydan sonra elə beşikdəcə boğuldu. Həmin dövrdə müstəqilliyin süqutunun səbəbləri bir sıra fərqli rakurslardan müzakirə olunurdu. Əsl səbəb isə elə yüzilliyin sonunda, ölkəmiz ikinci dəfə azadlığını əldə edən zaman bütün ştrixləri ilə ortaya çıxdı. Əsrin son onilliyində ikinci dəfə müstəqillik əldə edən Azərbaycan yenidən dilemma qarşısında dayanmışdı - tarix təkrar olunurdu, 1920-ci ildə baş verən analoji situasiya fərqli rakursda yenidən ortaya çıxmışdı. Azərbaycan ikinci dəfə azadlığın şirinliyini dadmamış onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı...
Bəli, SSRİ-nin dağılmasının ardından 1991-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan ilk anlardanca böyük sınaqlarla üz-üzə dayanmalı oldu. Müstəqillik aktının qəbulu ilə Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da, ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideallarına qovuşsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması, suverenliyin qorunması təhlükə qarşısında idi. Cəmisi 2 il ərzində bir-birini əvəzləyən, hətta ölkə hakimiyyətini qəsb edən qüvvələrin səriştəsizliyi və xəyanəti gənc müstəqil dövlətçiliyimizi uçurumun bir kənarına gətirib çıxarmışdı....
Həmin vaxt ölkədə AXC-Müsavat cütlüyü idarəetmə sükanının arxasında olsa da, Azərbaycan idarəolunmaz vəziyyətdə idi. Bu situasiya ölkəni siyasi, ideoloji, ictimai, iqtisadi baxımdan iflic vəziyyətinə salmışdı. Ölkədə xaos və anarxiya, hakimiyyətdaxili çəkişmələr pik həddə çatmışdı. Ayrı-ayrı qruplar “mərkəzi hakimiyyətə tabe olmaq istəmirdi. Belə bir şəraitdə, hakimiyyət böhranının, qruplararası çəkişmənin ən yüksək həddə çatdığı vaxtda - 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başçılıq etdiyi qrupla hökumət qüvvələri arasında toqquşma baş verdi və Azərbaycan vətəndaş müharibəsinə sürüklənirdi.
Tarixi-siyasi məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı xilas edəcək, tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxaracaq lider - şəxsiyyət, inam və etimad ünvanı lazım idi. Bu isə zəngin dövlətçilik təcrübəsinə malik müdrik dövlət xadimi, vətənpərvər şəxsiyyət Heydər Əliyev idi.
1993-cü ilin iyununda - ölkədə vətəndaş müharibəsi başladığı çətin, ziddiyyətli bir vaxtda xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə dəvət olunan ulu öndər Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Beləliklə də gənc müstəqil respublikanın suverenliyi, azadlığı və müstəqilliyi xilas oldu.
Bütövlükdə, Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər ən çətin gündə dövlətinin və xalqının yanında oldu - iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümummilli lider Heydər Əliyevin müdik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır”.
Beləliklə, 1993-cü ilin 9 iyunu xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın - müstəqilliyin əbədiliyinin təmin olunması tarixinin başlanğıcı kimi daxil oldu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Bu siyasi kurs 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanın iqtisadi imkanları artdıqca, ölkəmiz əldə etdiyi yüksək temp üzrə inkişaf ektdikcə beynəlxalq mövqeləri də möhkəmlənir, dünyanın diqqət mərkəzində olmaqda davam edir. Bu gün Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qalib ölkədir. Dövlətimiz Cənubi Qafqazın lideridir. Bütün bu zəfərlər və qailibiyyətlər, nailiyyətlər isə Prezident İlham Əliyevin yürütdüyü düzgün, davamlı və qətiyyətli siyasi kursun nəticələridir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35

