/ / Müdafiə Sənayesi Nazirliyinin “AZAD Sistemlər” müəssisəsində “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub
Müdafiə Sənayesi Nazirliyinin “AZAD Sistemlər” müəssisəsində “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub
22.09.2016 [09:29]
Prezident İlham Əliyev tədbirdə iştirak edib
Sentyabrın 21-də Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə müəssisənin qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Yavər Camalov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
Dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində xüsusi təyinatlı avadanlıqların və texniki vasitələrin alınıb elmi-texniki işlərə tətbiqi geniş vüsət alıb. Bu, müəssisədə istehsal prosesinin daha səmərəli olmasına zəmin yaradıb. Bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində digər hərbi təyinatlı məhsulların istehsalı ilə bərabər, taktiki-texniki parametrli müxtəlif sinifli pilotsuz uçuş aparatlarının yaradılması, istehsalı, həmçinin texniki qulluq göstərilməsi istiqamətində ardıcıl planlı işlər davam etdirilir. Təcrübi-konstruktor işləri başa çatdıqdan sonra məhsulların istehsalı həyata keçirilir. O cümlədən pilotsuz uçuş aparatlarının texnoloji proseslərə uyğun istehsalı işləri də görülür.
Prezident İlham Əliyev “Zərbə” pilotsuz uçuş aparatı ilə tanış olub.
Dövlətimizin başçısı müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxıb.
Diqqətə çatdırılıb ki, məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.
Son illər müəssisənin mühəndisləri tam yeni sinif PUA-ların yaradılması istiqamətində elmi-texniki axtarışlar aparıblar və nəticədə daha mükəmməl məhsulların istehsalına başlanılıb. Yeni yaradılan “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Ötən müddətdə müəssisədə müxtəlif sinifli mini PUA-lara texniki qulluq göstərilərək saz vəziyyətə gətirilib və onlar təhvil verilməklə döyüş mövqeləri daim əməliyyat nəzarətində saxlanılır.
Bildirilib ki, 2016-cı ilin aprel hadisələri zamanı müəssisə fasiləsiz iş rejiminə keçib və müxtəlif tipli PUA-lar qısa müddətdə təmir edilərək döyüş zonasına göndərilib.
Dövlətimizin başçısına müəssisədə istehsal olunacaq “Orbitr 4” və “Orbitr 3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları barədə də məlumat verilib.
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanan pilotsuz uçuş aparatının qanadını imzalayıb.
Bildirilib ki, müəssisədə təşkil edilən kurslara Müdafiə Nazirliyinin PUA üzrə hərbi qulluqçuları arasında xüsusi seçim aparılmaqla, 70-ə yaxın kursant cəlb olunub. Təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirən kursantlara müxtəlif ixtisaslar üzrə sertifikatlar verilib. Bu müdavimlər hazırda PUA-ları idarə etməklə düşmənin bütün hərəkətlərini günün istənilən vaxtında - gecə və gündüz nəzarətdə saxlayaraq, verilən tapşırıqları yerinə yetirmək məharətinə malikdirlər.
Əldə olunan nəticələrlə kifayətlənməyən müəssisənin kollektivi ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində qarşıya qoyulan yeni vəzifələrin icrası məqsədilə elmi-texniki və konstruktor-texnoloji layihələr üzərində işləri davam etdirir.
Sonda dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

