/ / Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
16.11.2018 [09:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyevin 2016-cı ilin avqustunda imzaladığı müvafiq sərəncamlarla ayrılmış vəsaitlər hesabına Bakı şəhərinin Yasamal rayonunda yerləşən Füzuli meydanı ətrafındakı ərazidə yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin görülməsi, habelə Təzəpir məscidinin ətrafındakı ərazinin abadlaşdırılması, buranın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və ziyarətə gələnlərə avtomobillərini saxlamaları üçün imkan yaratmaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə irihəcmli layihələrin icrasına başlanılıb.
İlkin mərhələdə Statistika dairəsi-Nərimanov heykəli-Füzuli meydanını əhatə edən 26 hektar ərazidə tıxacların aradan qaldırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. O cümlədən Füzuli meydanını Nərimanov prospekti ilə birləşdirən yeni prospekt salınıb, yeni yol qovşaqları tikilib və mövcud küçələr genişləndirilib.
Növbəti mərhələdə isə Təzəpir məscidinin qarşısında xüsusi bağın salınması, Füzuli küçəsi boyunca Mərkəzi Parkın Nəriman Nərimanov prospektinədək davam etdirilməsi, əhali üçün istirahət-əyləncə guşələrinin yaradılması nəzərdə tutulur. Bununla da Bakı şəhərində yaşıllıq zonalarının artırılması və şəhərin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım atılmış olacaq.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq sahələrinin salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bu istiqamətdə aparılan işlərin miqyası getdikcə daha da genişlənir. Paytaxtımızda yeni çoxmərtəbəli müasir binaların və digər sosial obyektlərin inşası ilə yanaşı, şəhərin inkişaf tempinə uyğun gəlməyən, paytaxtımızın müasirlik ansamblını pozan tikililərin sökülməsi ilə bağlı da mühüm layihələr icra edilib. Həyata keçirilən bu cür layihələr arasında keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçilir. Bu məhəllənin sökülməsi Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olmaqla, şəhərin Baş Planının icrasının təmin olunmasına, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da böyük töhfə verdi. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynadı. Bu layihənin icrası həm də paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin də davamlı olduğunu bir daha nümayiş etdirir.
Aparılan işlərin gedişi ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

