Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
19.03.2019 [09:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzruini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycana səfərindən məmnun olduğunu bildirən Süheyl Məhəmməd əl-Məzrui Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktumun və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, əməkdaşlığın yeni sahələri, o cümlədən turizm sahəsini əhatə etməsindən məmnunluğunu bildirib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artdığını bildirən Prezident İlham Əliyev bunu dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirib və qonaqların xalqımızın qonaqpərvərliyinin şahidi olduğunu vurğulayıb.
Azərbaycanla münasibətlərin ölkəsinin xarici siyasətinin gündəliyində duran ən önəmli istiqamətlərdən biri olduğunu deyən Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş investisiya imkanları yaradılmasının ölkəsində yüksək qiymətləndirildiyini bildirib.
Söhbət zamanı “OPEC plus” formatında Bakıda keçirilən tədbirlərin əhəmiyyətinə toxunulub, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında enerji, neft-qaz, neft-kimya, bərpa olunan enerji, müxtəlif iqtisadi layihələr sahəsində əməkdaşlıqla bağlı məsəllər ətrafında fikir mübadiləsi aparılıb.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktumun və Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, vitse-prezidenti, Baş naziri və Dubay Əmirinə və Əbu-Dabinin vəliəhdinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

