/ / Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti ilə görüşüblər
18.05.2019 [10:06]
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edilib. Dövlətimizin başçısı ordeni İrina Viner-Usmanovaya təqdim edib.
Prezident İlham Əliyev Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanı Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib və onun ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafındakı rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya Azərbaycanda gimnastika məktəbinin yaradılması işinə verdiyi böyük töhfəyə görə də minnətdarlığını bildirib. Dövlətimizin başçısı İrina Viner-Usmanovanın təkcə Azərbaycanda deyil, dünya idman ailəsində böyük nüfuza malik olduğunu qeyd edərək məhz onun səyləri nəticəsində Rusiya gimnastlarının da uzun illərdir yüksək nəticələr göstərdiyini vurğulayıb. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən İrina Viner-Usmanova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ona göstərilən diqqətdən böyük məmnunluq hissi keçirdiyini qeyd edib. O, birinci xanım Mehriban Əliyevanın Azərbaycanda bədii gimnastika növünün əsasının qoyulmasında və inkişafında xüsusi rolunu yüksək qiymətləndirib. İrina Viner-Usmanova Azərbaycanda bədii gimnastika növünə göstərilən qayğıdan danışaraq Bakıda çox möhtəşəm gimnastika arenasının inşa edildiyini qeyd edib. Azərbaycana səfərlərindən məmnunluq hissini ifadə edən İrina Viner-Usmanova ölkəmizə hər gəlişi zamanı böyük inkişaf proseslərinin, yeni-yeni memarlıq nümunələrinin şahidi olduğunu vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

