/ / Prezident İlham Əliyev İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
09.07.2019 [10:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya keçənilki səfərini ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı əlaqələrimizin müxtəlif istiqamətləri üzrə konkret işlərin həyata keçirildiyini və əməkdaşlıq üçün yeni imkanların açıldığını deyib. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiklərini vurğulayıb. Dövlətimizin başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib.
Qəbula görə minnətdarlığını bildirən nazir Gian Marko Centinaio İtaliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb. O, keçən il İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfərinin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğulayıb. Nazir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini bildirərək həmin sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə təbriklərini çatdırıb və bu sessiyanın İtaliya üçün də əlamətdar olduğunu qeyd edib.
Dövlətimizin başçısı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının mühüm tədbir olduğunu deyib, bu sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini çox əlamətdar və tarixi hadisə kimi dəyərləndirib və Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu vurğulayıb.
Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkələrimizin mədəni əlaqələrinin inkişafında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin Roma şəhərində ucaldılmasının və Azərbaycanın Roma şəhərində aparılan arxeoloji işlərə verdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

