Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
10.10.2019 [09:36]
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: Sizi yenidən görməyimə şadam.
Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib: Buraya gələndə elə bil, öz evimizə gəlirik.
Prezident İlham Əliyev: Düzdür, belə də olmalıdır. Buyurun, əyləşin. Mən sizi görməyimə çox şadam. Siz bizə çox əlamətdar vaxtda gəlmisiniz. Mənim də Rusiyaya səfərim yenicə başa çatıb. Tezliklə də MDB sammiti başlayacaq.
Leonid Kalaşnikov: İlham Heydər oğlu, Sizin səfəriniz Rusiyada çox böyük effekt doğurdu. Sizə açığını deyim ki, çox səmimi görüş oldu. Bütün bunlar göstərildi.
Prezident İlham Əliyev: Heç kəs üçün sirr deyil ki, mənim Vladimir Vladimiroviçlə əslində qarşılıqlı hörmətə, qarşılıqlı anlaşmaya və əməkdaşlığı dərinləşdirmək cəhdlərinə əsaslanan, mötəbər, mən deyərdim ki, dost münasibətlərimiz mövcuddur. Əlbəttə, “Valday” forumuna dəvət olunmaq mənim üçün böyük şərəfdir. Forum özü də əhəmiyyətlidir, kimin dəvət etməsi də mühümdür. Vladimir Vladimiroviç məni hələ apreldə, bizim Pekində görüşümüz vaxtı dəvət etmişdi. Onda biz çox konstruktiv danışıqlar apardıq və indi Soçidə biz bir növ bu danışıqlarımıza yekun vururduq. Nə barədə razılaşırıqsa hamısı yerinə yetirilir. Əlbəttə, Prezidentlə görüş çox məzmunlu, səmimi keçdi. Mən buna çox şadam.
Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının diqqətlə izlənildiyini və bu çıxışın böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb. O, bu səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Rus Kitab Evinin 10 illiyinin qeyd olunacağını bildirib və bu Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
Qonaq, həmçinin Azərbaycanda dövlət səviyyəsində rus dilinə olan qayğının nümunəvi xarakter daşıdığını qeyd edib. Azərbaycanda 350-dən artıq orta məktəbdə tədrisin rus dilində aparıldığını və ali təhsil müəssisələrində rus bölmələrinin fəaliyyət göstərdiyini məmnunluqla vurğulayıb.
Leonid Kalaşnikov, həmçinin Azərbaycanın və Rusiyanın parlamentləri arasında çox sıx əlaqələrin olduğunu qeyd edib və Rusiyanın Avropa Şurasının Parlament Assambleyasında üzvlüyünün bərpasında Azərbaycan nümayəndə heyətinin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib.
Görüşdə Rusiya və Azərbaycan arasında elm, təhsil və digər humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

