Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır
09.07.2010 [07:59]
Qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağ artıq 20 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə sərhədlərin toxunulmazlığına dair Helsinki aktını, o cümlədən, BMT-nin müvafiq qərarlarını pozub. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələbləri işğalçı Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib. Bununla yanaşı, işğalçı dövlət beynəlxalq aləmə yalan informasiyalar yaymaqla da məşğuldur. Ermənilər riyakarcasına bu torpaqları öz adlarına çıxırlar. Halbuki, tarixin bütün dövrlərində Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı kifayət qədər sübutlar, tarixi dəlillər mövcuddur. Eyni zamanda, ermənilərin bu torpaqlara gəlmə olmaları, onların bu ərazilərdə, sadəcə, məskunlaşmaları ilə bağlı yetərincə sənədlər də var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahının açılışı zamanı da bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan xalqının Dağlıq Qarabağın tarixini çox yaxşı bildiyini deyən Prezident İlham Əliyev bu həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində fəaliyyət aparıldığını da vurğulayıb: “Bütün beynəlxalq təşkilatlarda, dünyanın aparıcı beynəlxalq təşkilatlarında Azərbaycanın səmərəli fəaliyyəti nəticəsində münaqişə ilə bağlı reallıqlar, bu bölgənin tarixi, mədəniyyəti ilə bağlı həqiqətlər artıq o təşkilatların üzvlərinə çatdırılır. Münaqişənin ilk illərində erməni lobbisinin fəaliyyəti nəticəsində və Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanlarının olmaması səbəbindən münaqişənin səbəbləri, Dağlıq Qarabağın tarixi ilə bağlı çox yanlış və təhrif edilmiş məlumatlar mövcud idi. Ancaq bu gün biz tam əminliklə deyə bilərik ki, artıq Azərbaycan Ermənistanın və erməni lobbisinin yalançı təbliğatına böyük zərbə vura bilmişdir. Bu gün dünyanın bütün əsas beynəlxalq təşkilatları Azərbaycanın haqq işini qəbul edilmiş qərarları ilə dəstəkləyirlər. BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, digər təşkilatlar müxtəlif dövrlərdə münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar münaqişənin həlli üçün əsasdır”.
Bəli, həqiqətən də son dövrlərdə Azərbaycan bu münaqişənin həlli ilə bağlı diplomatik müstəvidə böyük uğurlar əldə edib. Artıq bütün beynəlxalq təşkilatlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. ümumiyyətlə, münaqişənin ilk illərində erməni lobbisinin dəstəyi ilə formalaşdırılan yalan, böhtan dolu təbliğat artıq fiaskoya uğrayıb. Ermənilər başa düşürlər ki, Azərbaycanın qüdrətlənməsi, bölgənin lider dövlətinə çevrilməsi bütün dünyanın diqqətini ölkəmizə cəlb edib və bu da, münaqişə ilə bağlı həqiqətlərin yayılmasına imkan verir. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qəti mövqe bildirirlər. Ermənilərin Xocalıda törətdiyi soyqırımı faktı dünya birliyi tərəfindən pislənir. Bu isə, nəticə etibarı ilə ölkəmizin tapdanmış hüquqlarının bərpası istiqamətində atılmış böyük addımdır.
Prezident İlham Əliyev Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşü zamanı diqqətə çatdırıb ki, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən müxtəlif sənədlər, faktlar mövcuddur: “Bildiyiniz kimi, ermənilər bu bölgəyə XIX əsrin əvvəllərində köçürülmüşlər. Ondan sonra müxtəlif səbəblər üzündən Dağlıq Qarabağda erməni əhalisi əksəriyyət təşkil etmişdir. Bunun nəticəsində XX əsrin əvvəllərində, 1920-ci illərdə Dağlıq Qarabağda muxtar vilayət yaradılmışdır. Dağlıq Qarabağın bütün tarixi, bütün toponimləri, coğrafi adlar Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlıdır. Bütün kəndlərin, şəhərlərin adları Azərbaycanın tarixini təcəssüm etdirir”.
Ermənilər tarixi müəyyən bir müddətə saxtalaşdırmağa cəhd göstərsələr də, həqiqətləri gizlətmək mümkün deyil. çünki Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olmasını təsdiqləyən kifayət qədər dəlil və sübutlar mövcuddur. Yüz illər öncə rus imperiyasının mənfur planı əsasında bölgəyə köçürülən və məskunlaşdırılan ermənilər sonradan Azərbaycan torpaqlarında öz dövlətlərini-indiki Ermənistanı yaratdılar. Sovet hakimiyyətinin ilk illərində isə rəsmi Moskvanın onlara verdliyi açıq dəstək nəticəsində bir sıra Azərbaycan torpaqları Ermənistana verildi. Məhz bu dəstəyin nəticəsidir ki, Ermənistan iki yüz ilə yaxındır ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirir. Bu soyqırımı isə təkcə azərbaycanlılara qarşı deyil, Dağlıq Qarabağdakı şəhərlərimizə, kəndlərimizə, onların adlarına qarşı da aparılır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ermənilərin bu gün “Stepanakert” adı ilə təqdim etməyə çalışdıqları şəhərin tarixi sənədlərdə adı Xankəndidir. Qədim tarixə malik bu şəhər yarandığı zaman bu gün adını qədim şəhərimizə calağ etmək istədikləri Stepan Şaumyan hələ dünyaya gəlməmişdi: “Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri bu adla qurulmuşdur. Uzağa getməyək, elə XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, - xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib, - orada Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi vardır. “Stepanakert” sözü bolşevik Stepan Şaumyanın adından götürülüb. O adamın ki, Azərbaycan xalqının, günahsız insanların qanını axıtmışdır, azərbaycanlılara qarşı soyqırımı törətmişdir. Ancaq yenə də demək istəyirəm, əfsuslar olsun ki, bu həqiqətlər uzun illər ərzində dünya birliyinə o qədər də geniş şəkildə çatdırılmırdı. Yəni, dünya birliyi bu barədə məlumatsız idi”.
Həqiqətən də artıq dünya ictimaiyyəti erməni yalanlarına inanmır. Eyni zamanda, hər zaman sülh prosesinə sadiq olduğunu qeyd edən ölkəmiz torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə etməkdə qərarlıdır. Yəni, bu gün hərbi qüdrəti, iqtisadi inkişafı Azərbaycandan dəfələrlə az olan Ermənistanın ölkəmizlə müharibə meydanında üz-üzə gəlmək iqtidarında olmadığı hər kəsə bəllidir. O baxımdan, Ermənistan vaxt itirmədən sülh prosesinə sadiqlik nümayiş etdirməli və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

