/ / Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub
Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub
17.07.2010 [11:16]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Prezident İlham Əliyevə Bakı şəhərinin Baş Planının (1986-2005-ci illər) icrası barədə məlumat verib.
Bakı Dövlət Layihə İnstitutu tərəfindən 1:500 miqyasında hazırlanmış maket üzərində Prezident İlham Əliyevə inşası başa çatmış və hazırda davam edən tikililər haqqında məlumat verilib.
Dövlətimizin başçısı Bakının küçə və prospektlərində, şəhərin digər yerlərində aparılacaq abadlıq və tikinti-quruculuq işləri ilə maraqlanıb.
Prezident İlham Əliyev Bakıda aparılacaq tikinti işlərinin müasir tələblərə uyğun icrası barədə konkret tapşırıqlar, yeni tikililərlə bağlı təkliflərin hazırlanması barədə göstərişlər verib.
Prezident İlham Əliyev qeyd edib ki, Bakının sahilboyu ərazilərində turizmin inkişafı üçün böyük imkanlar var. Bu məqsədlə dənizkənarı ərazilərdə kurort zonalarının salınması daha yaxşı olar. Dübəndi, Türkan və Zığ ərazilərində inkişafın layihələndirilməsi işlərinə başlanılmalıdır. Yeni tikililərdə problemlər kompleks şəkildə həllini tapmalıdır. Bundan əlavə, şəhərin mərkəzində sənaye müəssisələrinin inşasına icazə verilməməlidir.
Sonra dövlətimizin başçısına Bakının mərkəzinin üçölçülü sxemi əsasında görüləcək işlər barədə məlumat verilib. Qeyd olunub ki, tikinti ərazilərinin sahibkarlara məhəllələr üzrə təklif edilməsi və inşaat işlərinin vahid layihə əsasında aparılması daha səmərəli nəticələr verər. Bu zaman yaşayış sahələri ilə yanaşı, parkların və əyləncə yerlərinin yaradılması da əvvəlcədən nəzərə alınmalıdır. Bununla yanaşı, məhəllələrin inşası zamanı avtomobil yollarının genişləndirilməsi tıxacların aradan qaldırılmasına və hərəkətin sərbəstliyinə imkan yaradar.
Prezident İlham Əliyev Bakı şəhərinin mərkəzi hissəsinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi və təklif olunan nəqliyyat sxemi ilə birlikdə istinad planı, Bakı Baş planının 2030-cu ilədək inkişaf konsepsiyasının əsas prinsipləri ilə tanış olub.
Dövlətimizin başçısına Sumqayıt və Xırdalan şəhərlərinin ərazi inkişaf planı haqqında da məlumat verilib. Qeyd olunub ki, Azərbaycan paytaxtına yaxın olan bu şəhərlərdə aparılan yenidənqurma, abadlıq-quruculuq işləri “Böyük Bakının inkişaf planı”na uyğunlaşdırılmalıdır.
Prezident İlham Əliyev Sumqayıt və Xırdalan şəhərləri üzrə təkliflərin mütəxəssislər tərəfindən ayrı-ayrılıqda öyrənilməsinin və dəqiqləşdirilməsinin vacibliyini vurğulaıb.
Dövlətimizin başçısı Bakı şəhərinin ərazi inkişaf planının icrasına dair tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

