Azərbaycan-Gürcüstan əməkdaşlığı regionun gələcəyi üçün çox önəmlidir
21.07.2010 [04:33]
Azərbaycan Cənubi Qafqazda ən yaxın tərəfdaşı olan Gürcüstanla sıx əlaqələrə malikdir. Son illərdə ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır. Prezident İlham Əliyevin bu günlərdə Mixeil Saakaşvilinin dəvəti ilə qonşu ölkəyə baş tutan rəsmi səfəri Azərbaycanla Gürcüstan arasında əlaqələrin bundan sonra da sürətlə inkişaf etməsi baxımından böyük əhəmiyyət daşıyır. Prezidentlər arasında geniş tərkibdə, həmçinin, təkbətək keçirilən görüşlərdə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi, iqtisadi, siyasi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə yeni-yeni layihələrin həyata keçirilməsi və s. məsələlər müzakirə olunub.
Azərbaycan və Gürcüstan mühüm məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir. Bildiyimiz kimi, Gürcüstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini hər zaman dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın əsas problemi olan separatizmi pisləyir, bu ölkənin ərazi bütövlüyünün pozulmasını qeyri-qanuni və bəşəri prinsiplərə zidd hesab edir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri mühüm baza rolunu oynayır. Müasir dövrün reallıqları ölkələrimiz arasında müxtəlif sahələr üzrə daha möhkəm əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini zəruri edib.
Qeyd etmək lazımdır ki, son illərdə əsasən iqtisadi əməkdaşlığa əsaslanan bu əlaqələrin inkişafı qaynar strateji-coğrafi mövqedə yerləşən Azərbaycanla Gürcüstanın suverenliyinin gücləndirilməsinə, eləcə də, hər iki ölkənin nəinki bölgənin, hətta qonşu regionların siyasi-iqtisadi həyatında da böyük rol oynamasına gətirib çıxarıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr Onun uzaqgörən siyasəti nəticəsində artıq region üçün həyati əhəmiyyət kəsb edir. Enerji siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın bu strategiyasının gerçəkləşməsində Gürcüstanla əməkdaşlıq həlledici rola malikdir. Məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli çox böyük layihələr gerçəkləşib. Bunlar, heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləridir.
Görüşdən sonra bəyanatla çıxış edən Prezident İlham Əliyev sözügedən layihələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolunu yüksək qiymətləndirib: “Bizi birləşdirən böyük, nəhəng, dünya miqyaslı layihələr vardır. Biz bunları birlikdə icra etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bu gün nəinki Gürcüstanın və Azərbaycanın maraqlarını təmin edir, eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verir”.
Hazırda Azərbaycanla Gürcüstan arasında Türkiyənin də iştirak etdiyi mühüm bir layihə həyata keçirilməkdədir. Bu, tikilməkdə olan Bakı-Axalkalaki-Qars dəmir yolu xəttidir. Dəmir yolu çindən başlayaraq Mərkəzi Asiyadan keçməklə Avropaya çıxışı təmin edəcək. Dəmir yolunun Avropa ilə Asiyanı birləşdirəcək hissəsində yerləşən Azərbaycanla Gürcüstan bundan böyük həcmdə mənfəət əldə edəcək.
İki ölkə arasında icrası planlaşdırılan digər bir layihə Bakıdan Batumiyə qədər uzanacaq avtomobil yoludur. 2012-ci ildə gerçəkləşəcək bu dördzolaqlı avtomagistral Tbilisinin yaxınlığında yerləşən Rustavi şəhərinə çıxışı asanlaşdıracaq. Bu avtomobil yolunun istifadəsi Gürcüstana istirahət etməyə gedən azərbaycanlı turistlərin sayının artmasına da təsir göstərə bilər.
Respublikamızın iqtisadi qüdrətinin artması, eyni zamanda, azərbaycanlı sahibkarların maliyyə imkanlarının genişlənməsi ölkəmizə məxsus dövlət və özəl şirkətlərin Gürcüstana böyük həcmdə investisiyalar yatırmasına da imkan verir. Bu mənada, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. ARDNŞ-in Gürcüstan dəniz limanlarındakı fəaliyyəti, açılan yanacaqdoldurma məntəqələri və digər işlər bu ölkənin iqtisadiyyatına böyük töhfədir. Bu ölkənin ən çətin vaxtlarında da Azərbaycan və o cümlədən, ARDNŞ öz köməyini əsirgəməyib. Belə ki, bir neçə il bundan öncə Azərbaycan Gürcüstana güzəştli qiymətlərlə qaz ixrac etdi. 2008-ci ilin avqust hadisələrindən sonra isə ARDNŞ Gürcüstanı təbii qazla təmin etmək barədə qərar verdi. Hal-hazırda Gürcüstanın qaza olan tələbatının 70 faizi Azərbaycan qazı hesabına təmin edilir. ARDNŞ-in Gürcüstanda sürətlə genişlənən səmərəli fəaliyyətinin nəticəsi olaraq yaxın vaxtlarda şirkətin Batumidə ofisi açılacaq.
Azərbaycan şirkətləri Gürcüstanda digər sahələrə də böyük məbləğdə investisiya yatırırlar. ölkəmizin iş adamları Batumi və digər sahələrdə öz işlərini qururlar. Azərbaycan sahibkarları Gürcüstanın turizm sahəsinə böyük maraq göstərirlər. Bu səbəbdəndir ki, ölkəmizə məxsus şirkətlərdən biri Batumidə yüksək tələblərə cavab verən mehmanxana tikməyi planlaşdırır. Şəhərin gözəlliyini artıracaq bu binanın tikintisi zamanı çoxlu sayda yerli sakin işlə təmin olunacaq. Qeyd edək ki, Gürcüstanlı iş adamları da Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir, ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsinə investisiyalar ayırırlar.
Bu gün Azərbaycan-Gürcüstan əlaqələri nümunəvi əməkdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan bu münasibətlər hər iki ölkənin uğurlu və sabit inkişafının qarantına çevrilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu dostluq və qardaşlığı əbədiyaşar münasibətlərə çevirmək lazımdır: “Biz bugünkü reallıqlardan, imkanlardan səmərəli şəkildə istifadə edirik. Elə etməliyik ki, bundan sonrakı nəsillər də bu fikir və duyğularla yaşasınlar ki, Gürcüstan və Azərbaycan əbədi dostluq və qardaşlıq şəraitində yaşasınlar”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

