/ / Prezident İlham Əliyev Yevlaxda məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlaxda məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılışında iştirak edib
11.11.2010 [13:47]
Prezident İlham Əliyev və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.
Kəlbəcərdən olan məcburi köçkün Qəzənfər Musayev ailəsi ilə birlikdə dövlətimizin başçısını və xanımını qarşılayıb.
Prezident İlham Əliyev və xanımı Musayevlərin yeni mənzilində qonaq olublar.
çay süfrəsi arxasında söhbət zamanı Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycan uğurla inkişaf edir, imkanımız var, belə gözəl evlər yaradırıq. Biz on minlərlə vətəndaşımızı yeni evlərlə, mənzillərlə təmin etdik. ümumiyyətlə, 90 minə yaxın köçkünü biz belə gözəl evlərə, mənzillərə yerləşdirdik. Fərdi evlər, mənzillər tikilir, hər yerdə quruculuq, abadlıq işləri aparılır. Ancaq necə deyərlər, bu, müvəqqəti ünvandır. Torpaqlarımız işğaldan azad olunduqdan sonra, həmin ərazilərdə bundan da gözəl evlər tikəcəyik”.
Qəzənfər Musayev məcburi köçkünlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən yaradılmış kompleksin tikintisinə 2010-cu ilin aprelində başlanıb. Binaların yerləşdiyi ümumi ərazi 10 hektardır. Beşmərtəbəli 10 binada bir, iki, üç və dördotaqlı 612 mənzil var. Bu mənzillərdə şəraiti dözülməz olan ictimai obyektlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcək. Mənzillərdə yüksək şərait yaradılıb. Ərazidə klub-icma mərkəzi, inzibati bina inşa edilib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Burada 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binaları, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilib, mənzillərə telefon, su və qaz xətləri çəkilib. Məhəllədə dörd subartezian quyusu qazılıb, iki su anbarı tikilib, ümumi uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol salınıb.
Prezident İlham Əliyev və xanımı Kəlbəcər rayon mədəniyyət evi özfəaliyyət kollektivlərinin çıxışını izləyiblər, onlarla xatirə şəkli çəkdiriblər.
Dövlətimizin başçısı qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşüb, onları təbrik edib.
Məhəllədəki 30 nömrəli tam orta məktəbin müəllimi Sülhanə Cəlilova məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 30 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı məktəbin açılışını bildirən lenti kəsib, təhsil ocağında yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa edilib. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğılarını, məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər, həmçinin, Kəlbəcər rayonunun işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən faktların və fotoların, Milli qəhrəmanlar haqqında məlumatların toplandığı lövhə yaradılıb. Məktəbdə 35 sinif otağından əlavə, fizika-astronomiya laboratoriyası, metal emalı və dülgərlik emalatxanası, tarix, ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya, kimya-biologiya, ibtidai hərbi hazırlıq, informatika, riyaziyyat, xarici dillər, dərzilik və rəsm kabinələri yaradılıb. Təhsil ocağında müxtəlif tədbirlərin keçirilməsi üçün 146 yerlik akt zalı da var.
Şagirdlərin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün məktəbdə hər cür şərait yaradılıb. Məktəbin ərazisində futbol, voleybol və basketbol meydançaları da tikilib.
Prezident İlham Əliyev idman zalında məktəblilərin nümunəvi çıxışlarını izləyib.
Məktəblilər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

