Azərbaycan dünyəvi dövlətdir və ya süni "hicab problemi" haqqında
21.12.2010 [09:42]
Dövlətimizin ali qanunverici sənədi olan Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Yəni Azərbaycanda, dövlət və cəmiyyət arasında yaranan bütün münasibətlər məhz Konstitusiyamızda qeyd olunan prinsiplər çərçivəsində tənzimlənir. Eyni zamanda Konstitusiyamızın 18-ci maddəsinin 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Bu baxımdan da hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməlidir.
Orta məktəblərdə hicaba qadağa qoyulmasını, qanunçuluq müstəvisindən kənara çıxmaq və insanların hüquqlarının məhdudlaşdırılması cəhdi kimi dəyərləndirənləri görünür məsələnin əsl mahiyyətini düzgün dərk etmək yox, sadəcə olaraq ictimai fikri çaşdırmaq, Azərbaycanın beynəlxalq aləmdə qazandığı demokratik, hüquqi, dünyəvi, tolerant ölkə imicinə kölgə salmaq düşündürür.
“Təhsil haqqında” Qanuna əsasən Azərbaycanın bütün məktəblərində vahid məktəbli formasının tədbiqi haqqında qərar qəbul edilmişdir. Yəni bütün məktəb şagirdləri təhsil aldığı müəssisəyə, qanunla müəyyən edilmiş vahid məktəbli formasında gəlməlidir. Bu baxımdan da, dini inanc və əqidəsindən asılı olmayaraq heç bir kəsin ölkə qanunlarının tələblərini pozmağa haqqı yoxdur, hamı qanun qarşısında bərabərdir. Məktəbli qızların zorla, təzyiq və kənar təsirlə hicab geyinməyə məcbur edilməsi qətiyyən yol verilməzdir. Bu nəinki qanunlara, hətta İslam dininin buyurduqlarına da ziddir. Belə ki, İslam dinində etiqada zor tətbiq etməklə, insanların yönəldilməsi haqqında danışılmır. İslam dininin də böyüklüyü ondadır ki, o, insanlara seçim hüququ verir. Bu səbəbdən də, heç kəsin digərlərinə dindən istifadə edərək, təzyiqlər edə və ya hansısa fəaliyyətə cəlb edə bilməz. Azyaşlı qızlara hicab bağladan şəxslər hansı qanundan, insan azadlığından danışa bilərlər. Bakının orta məktəblərində aparılan tədqiqatlar belə deməyə əsas verir ki, orta məktəblərdə hicab geyinən qızların böyük əksəriyyəti məhz ibtidai sinif şagirdləridir. Yəni, 9-10 yaşı tamam olmayan uşaqlardır və onların dünyagörüşləri belə, hələ tam formalaşmamışdır. Bu baxımdan da, orta məktəb səviyyəsində, yəni yeniyetmənin bir şəxsiyyət kimi formalaşmadığı, ətrafını və dünyanı tam şəkildə dərk edə bilməyəcəyi bir dövrdə hicab taxması və ya buna məcbur edilməsi anlaşılmazdır. Orta məktəblərdə qızların hicabla dərsə gəlməsi, onlarla həmyaşıdları arasında zaman-zaman müəyyən psixoloji və mənəvi cəhətdən məsafələrin yaranmasına da gətirib çıxara bilər ki, bu da həmin qızların gələcəkdə cəmiyyətə uyğunlaşmasında ciddi problemlər yarada bilər. Ən önəmli məsələlərdən biri də odur ki, bəzi qızların məktəblərə hicabla gəlməsi həmin təhsil müəssisələrində diskriminasiya hallarının ortaya çıxmasına səbəb ola bilər. Belə ki, bu halda digər şagirdlərdə sual yarana bilər, necə olur ki, bütün şagirdlərin məktəbə qanunun tələbi ilə vahid məktəbli formasında gəlməli olduğu halda, bir qrup şagird başqa geyim formasında məktəbə gəlir, axı hamı qanun qarşısında bərabərdir. Belə bir nəticənin isə həmin məktəblilərdə və onların valideynlərində necə təəsürat yaradacağını təsəvvür etmək heç də çətin deyil. Əlbəttə ki, hər bir valideyn övladına dinin qaydalarını öyrədə bilər, ancaq uşaq böyüyüb, həyata baxışı formalaşdıqdan sonra özü müəyyənləşdirməlidir ki, hicabdan istifadə etsin, ya yox. Beləliklə, həm qanunvericilikdə nəzərdə tutulmuş tələbləri nəzərə alaraq, həm də İslam qaydalarından çıxış edərək, deyə bilərik ki, orta məktəblərdə oxuyan qızların iradə və seçim hüquqlarına müdaxilə və təzyiq yol verilməzdir. öz uşağının gələcək həyatını istiqamətləndirən valideyn bilməlidir ki, bu uşaqların gələcəyi üçün təkcə onlar deyil, dövlət də məsuliyyət daşıyır. Hər bir kəs anlamalıdır ki, dünyəvi dövlətin dünyəvi məktəbinin prinsiplərini pozmaq, vətəndaşın dövlət qarşısındakı vəzifələrinin, borclarının gercəkləşdirilməməsi deməkdir. Əgər dövlətin vətəndaş qarşısında məsuliyyəti varsa, vətəndaşın da dövlət qarşısında vəzifələri vardır. O vəzifələrdən biri də layiqli övlad tərbiyə etmək və cəmiyyətə təqdim etməkdir. öz uşaqlarını hicab geyinməyə məcbur edən valideynlər, yaxşı olar ki, əsas diqqətlərini onların daha yaxşı təhsil almasına yönəldərək, övladlarını daha çox vətənpərvər ruhda tərbiyə etsinlər və uşaq hüquqlarına, ən əsası ölkə qanunlarına hörmətlə yanaşsınlar.
Son dövrlərdə dünya, müxtəlif etiqadlı cəmiyyətlərdə hicab məsələsinin reallıqda olmayan bir problem kimi, həmin cəmiyyətlərin ictimai-siyasi gündəminə gətirildiyinin şahidi olmuşdur. Bir şey də aydındır ki, bu hadisələrin baş verməsində və nəticədə cəmiyyətdə müəyyən bir fikir ayrılığının, qütbləşmənin yaranmasında bəzi qərəzli dairələr, xüsusilə, fəallıq göstərirlər. Əlbəttə ki, həmin dairələrin bu dərəcədə fəallığının arxasında, onların İslam kimi zəngin bir dinə olan bağlılığı deyil, məhz siyasi ambisiyaları durur. İndi də bu maraqlı qüvvələr, Azərbaycanda orta məktəblərdə hicaba qadağa qoyulması məsələsini, cəmiyyətimizin əsas müzakirə predmetinə çevirməyə çalışırlar. Təəsüflər olsun ki, onlar bu cür iyrənc niyyətlərini reallışdırmağa cəhd edən zaman, xalqımıza, dövlətçiliyimizə düşmən münasibəti bəsləyən bəzi daxili qüvvələrdən də istifadə etməyə çalışırlar. Lakin həmin xarici və daxili qüvvələr bilməlidir ki, onların bəzi dini dəyərlərdən istifadə edərək, ictimaiyyəti çaşdırmaq və orta bəktəb qızlarının təhsilinə maneə yaratmaq cəhdləri tamamilə qanuna ziddir və sonda nəticəsiz qalacaqdır.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu göz önündədir. Hər bir xalqı dünyada tanıdan onun daxili və xarici siyasəti ilə yanaşı, milli-mənəvi dəyərləri, mədəniyyətidir. Tarix boyu xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə, dininə, maddi-mənəvi irsinə daim sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra milli, mənəvi dəyərlərimizin, dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir. İslam dini xalqımıza xoşbəxtlik, mədəniyyət, müqəddəs dəyərlər və birlik bəxş etmişdir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə mənəvi dəyərlərin inkişafı, din ilə dövlət arasında münasibətlərin qurulması, məscidlərin bərpası və inşası üçün əlindən gələni əsirgəməmişdir. Bu siyasət bu günləri də ölkə başçımız İlham Əliyev cənabları tərəfindən uğurlu və ardıcıl şəkildə davam etdirilməkdədir. Belə ki, ölkəmiz dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkilində mühüm təcrübə əldə etmiş, beynəlxalq aləmdə tolerant ölkə imici qazanmışdır.
Sonda demək istərdik ki, bəzi vətəndaşlarımız bu məsələləri soyuqqanlılıqla, daha diqqətlə təhlil edərək, heç bir təxribata uymadan öz övladlarının xoş, firavan gələcəyi üçün doğru ola biləcək qərarları qəbul etməlidir. Bütün insanlarımız əsl vətəndaşlıq mövqeyini nümayiş etdirərək, müxtəlif dini tələblərlə dövlətimizin dünyəvilik prinsipinə kölgə salmağa, qanuna zidd fəaliyyətləri ilə ölkəmizin tolerant imicini zədələməyə çalışan qüvvələrə qarşı sivil bir şəkildə münasibətini bildirməlidir. Bu işdə, kütləvi informasiya vasitələrinin də üzərinə böyük məsuliyyət düşür. Belə ki, onlar hicab məsələsinə xüsusi həssaslıqla yanaşmalı və ən əsası bunu Azərbaycanda bir problemə çevirmək istəyən qüvvələrin əsirlərinə çevrilməməlidirlər.
www.yap.org.az
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

