Azərbaycan 2010-cu ili yüksək inkişaf göstəriciləri ilə başa vurur
22.12.2010 [09:31]
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi inkişaf dinamikasının daha da möhkəmlənməsinə səbəb olub, iqtisadiyyatın modernizasiyası üçün əlverişli imkanlar yaradıb. 2010-cu ilin əvvəllərindən başlayaraq davam etdirilən sistemli tədbirlər bütün iqtisadi sektorlarda dinamikliyi təmin edib, xalqın maddi rifahının durmadan yaxşılaşmasına impuls verib. Bu inkişaf və artım indiqatorları, ümumilikldə, ölkəmizin 2010-cu ili ötən illərdə olduğu kimi də, yüksək makroiqtisadi göstəricilərlə başa vuracağını deməyə əsas verir.
2010-cu ildə bütün sosial və iqtisadi bölmələrdə artım meyillərinin davam etməsi Azərbaycanda həyata keçirilən mükəmməl iqtisadi strategiyanın mühüm uğurlarından xəbər verir. Yola saldığımız il makroiqtisadi və sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, aztəminatlı qruplara dövlət qayğısının artırılması, infrastruktur layihələrinin davamlılığı, investisiyaların həcminin çoxalması, əhalinin pul gəlirlərinin artması və digər komponentlər üzrə pozitiv meyillərin əldə olunması ilə yadda qalacaq. ölkə iqtisadiyyatının modernləşdirilməsi, siyasi, iqtisadi və sosial islahatların institusional baxımından dərinləşməsi, diversifikasiya siyasətinin dərinləşməsi, sosial reformaların yeni mərhələyə keçid alması 2010-cu ilin əsas xarakterik makroiqtisadi məzmununu təşkil edir.
2010-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri olub. Dövlətimizin başçısı tərəfindən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına da zəmin yaradıb.
2010-cu ildə ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Regionların sosial-iqtisadi inkişafına dair ilk proqramın uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramının icrasının bu il sürətlənməsi qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan verib, bu istiqamətdə geniş imkanlar açıb.
İlin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Bu, eyni zamanda, bir daha dövlət başçısının regionların inkişafına xüsusi diqqət və qayğısının, dövlət proqramlarının icrasına birbaşa nəzarətinin göstəricisidir.
Yola saldığımız ildə sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80 faizdən çox olub. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırıb. ötən dövr ərzində minlərlə sahibkara kreditlərin verilməsi təmin edilib. Bu müddət ərzində vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və sərhəd-buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi özəl sektorun inkişafını daha da sürətləndirib.
Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması, konstruktiv borclanma siyasəti, habelə onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlıq beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməkdədir. Dünyanın nüfuzlu reytinq agentlikləri və maliyyə institutları ötən ildə olduğu kimi, bu ildə də ölkəmizin makroiqtisadi vəziyyəti barədə qənaətbəxş qiymət verib, nikbin proqnozlarını açıqlayıb. “Fitch” beynəlxalq reytinq agentliyi 2010-cu ildə ölkəmizə ilk dəfə olaraq “sabit” investisiya reytinqini verib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2010” hesabatında isə Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması sahəsində islahatçı ölkə mövqeyi yüksək dəyərləndirilib, həmin hesabatda ölkəmiz öz mövqelərini qoruyub saxlayıb. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan ötən il olduğu kimi, bu il də MDB ölkələri arasında liderdir. “Standard and Poor’s” beynəlxalq reytinq agentliyi isə ölkə iqtisadiyyatını əks etdirən göstəricini “Stabil”dən “Pozitiv”ə yüksəldib.
Sürətli inkişaf 2011-ci ildə davam edəcək və qarşıdaki ilin sosial-iqtisadi proqnozları ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Belə ki, üDM-nin həcminin 2011-ci ildə 40,2 milyard manat, qeyri-neft sektonunda 7,2 faizlik artım olacağı nəzərdə tutulur. Əhalinin gəlirləri gələn il də artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, əhalinin gəlirləri 29,8 milyard manat səviyyəsində proqnozlaşdırılır. Azərbaycanın qarşıdakı ildə sıçrayışlı inkişafı maliyyə rezervlərinin və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına da səbəb olacaq. ölkəmizin uzunmüddətli davamlı inkişafını təmin etmək məqsədilə qarşıdakı illərdə kompleks və sistemli proqramlar həyata keçiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

