Azərbaycan artıq postsovet ölkəsi deyil
07.01.2011 [08:42]
XX əsrdə beynəlxalq münasibətlər sisteminin və dünya siyasətinin ən böyük hadisələrindən biri nəhəng geosiyasi vahid olan SSRİ-nin süquta uğraması oldu. Bundan sonra beynəlxalq hüququn tamhüquqlu subyektləri və beynəlxalq münasibətlər sisteminin formal müstəqilliyə malik olan aktorları qismində çıxış edən milli dövlətlər meydana çıxdı. Dünyanın siyasi xəritəsində baş verən sözügedən kardinal dəyişiklik beynəlxalq münasibətlər sistemində yeni tendensiyaların və ümumi düzənə müvafiq proseslərin meydana gəlməsini şərtləndirdi. Məhz belə bir şəraitdə yeni müstəqillik əldə etmiş milli dövlətlərin, o cümlədən, Azərbaycanın qarşısında dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq olan inkişaf strategiyasının hazırlanması və icra edilməsi vəzifəsi dururdu. Bunun üçünsə daxili və xarici siyasəti milli mənafeyin təmin olunması vəzifəsinə müvafiq həyata keçirmək potensialına malik olan lider siyasətçi tələb olunurdu. Amma müstəqilliyin ilk illərində ölkəyə xarici imperialist qüvvələrə xidmət edən subyektlərin “rəhbərlik” etməsi Azərbaycanı ən müxtəlif kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Nəticə etibarilə isə Azərbaycan mütləq mənada forposta çevrilmək təhlükəsi qarşısında idi...Ancaq xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində müəyyənləşdirdiyi və reallaşdırdığı ümummilli inkişaf strategiyası ilə bütün sahələrdə-iqtisadi, siyasi, sosial, mədəni, humanitar və hərbi sahələrdə uzunmüddətli inkişaf tendensiyasının əsasını qoya bildi, eləcə də, Azərbaycan beynəlxalq münasibətlər sisteminin müstəqil və tamhüquqlu aktoruna çevrildi. Bundan sonra həyata keçirilən konstruktiv islahatlar və görülən fundamental əhəmiyyətli işlər təməli uzaqgörənliklə qoyulmuş inkişaf strategiyasının mütəmadi xarakter almasını təmin etdi...
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün aktual çağırışlarına, qanunauyğunluqlarına və reallıqlarına uyğun surətdə davam etdirilən ümummilli inkişaf strategiyası nəticəsində sadaladığımız bütün sahələrdə yüksək göstəricilərin əldə edilməsi tendensiyası davam etməkdədir...
Dekabrın 29-da “Gülüstan” sarayında “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanın inkişafına nəzər salsaq, görərik ki, bütün istiqamətlərdə ancaq müsbətə doğru tərəqqi vardır: “Azərbaycan artıq postsovet ölkəsi deyildir. Bəzən bizə belə deyəndə, mən hesab edirəm ki, buna razı olmamalıyıq, çünki postsovet dövrü başa çatıb. Biz müstəqil, güclü, müasir, demokratik ölkəyik”.
Bəli, həqiqətən də, bu gün Azərbaycan olduqca yüksək inkişaf göstəriciləri əldə edib və ölkəmiz inkişaf sürətinə görə dünyada öncül yerlərdən birini tutmaqdadır. Bu fikri əsaslandırmaq üçün iqtisadi, siyasi, sosial sahələrin inkişafına və bu sahələrdə əldə edilən göstəricilərə diqqət yetirmək lazımdır...
Beləliklə, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar həyata keçirilən rasional sosial siyasət kursunun fonunda əldə edilmiş ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər isə bütövlükdə milli inkişafa təkan verməkdədir. Yəni, uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi, eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir. Bir sözlə, sosial siyasətin səmərəliliyi və bu sahədə əldə edilən yüksək nəticələr bir daha sübut edir ki, Azərbaycan digər postsovet ölkələrinin bir çoxundan fərqli olaraq özünəməxsus milli inkişaf modelinə malikdir.
Bundan başqa, yüksək iqtisadi inkişaf da deyilənləri sübut edən növbəti arqumentdir. Belə ki, iqtisadiyyatın mütəmadi olaraq inkişaf etdirilməsi yönündə atılan addımlar da praktik baxımdan olduqca səmərəli nəticələr verməkdə və bütün sahələrin inkişafını təmin etməkdədir. Valyuta ehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına geniş şərait yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqət göstərilməsi iqtisadi inkişafın təməl mexanizmini təşkil edir. Bunların qanunauyğun nəticəsidir ki, Azərbycan iqtisadi inkişaf sürətinə görə dünyada öncül mövqedə qərar tutub...
ümummilli inkişafı təmin edən digər bir əhəmiyyətli faktor demokratikləşmə məramına xidmət edən siyasi-hüquqi islahatların mütəmadi surətdə həyata keçirilməsidir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-hüquqi islahatlar mütəmadi sabitlik və inkişafın qarantı qismində çıxış edir. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycandakı olduqca yüksək səviyyədə qiymətləndirilir.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ümumilli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün aktual çağırışlarına, qanunauyğunluqlarına və reallıqlarına uyğun surətdə davam etdirilməsi Azərbaycanı mütəmadi surətdə inkişaf edən müasir məmləkətə çevirib...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56

