Müharibə istəməsək də...
02.09.2023 [10:40]
Dəmir yumruğu növbəti dəfə görə bilərlər!
Şərti sərhəddə nə baş verir?
Ermənistan silahlı qüvvələri bölmələri sentyabrın 1-də Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən silahlı təxribata əl atıblar. Müdafiə Nazirliyinin məlumatına əsasən, əvvəlcə açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb. Səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb. Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində 4 erməni əsgəri məhv edilib, biri yaralanıb.
Müdafiə nazirliyi qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb. Dünən günorta saatlarında isə Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulub.
Azərbaycan Ordusu bütün lazımi tədbirlərə əl atıb...
Erməni tərəfinin şərti Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribatı ilə bağlı məlumat yayan Caliber.Az bildirib ki, Ermənistan ordusu şərti Azərbaycan-Ermənistan sərhədində ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vurmağı hədəfləyib. Məlumatda qeyd olunub ki, bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan Ordusu bütün lazımi tədbirlərə əl atıb.
Ermənistanın dezinformasiya “üsulu”...
Qeyd edilməlidir ki, Ermənistan bu dəfə də hər zamankı “üsuldan” istifadə etməyə çalışıb - hər zaman olduğu kimi atəşi başladan, silahlı təxribata əl atan tərəf olsa da, Azərbaycanı günahlandırmağa çalışır. Azərbaycanın müdafiə nazirliyi isə yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Eyni zamanda, Ermənistan dezinformasiyalar vasitəsilə etdiyi təxribatların üstünü örtməyə, beynəlxalq ictimaiyyətə yalan məlumat ötürməyə çalışır. Məsələn, dünən baş verənlərlə bağlı Ermənistan MN yalan məlumatlar yayaraq Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı “xəbər verib”. Bu məlumatı təkzib edən Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır.
Müdafiə nazirliyimiz onu da bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat da tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır. Bu məlumatı qəti şəkildə təkzib ediən nazirlik bəyan edib ki, Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın da heç bir əsası yoxdur. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur.
Silahlı təxribat təzyiq vasitəsi kimi...
Son dövrlərdə intensivləşən belə təxribatlar Ermənistanın siyasi müstəvidəki məğlubiyyətlərindən qaynaqlanır. Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı BMT TŞ müstəvisindəki müzakirələrin ardından Fransanın fəal şəkildə anti-Azərbaycan kampaniyası başlatması, hətta ali qurumda qətnamə qəbuluna nail olmaq üçün canfəşanlıq göstərməsi təsadüfi sayıla bilməz. Bununla belə rəsmi Parisin dirijorluq etdiyi ermənipərəst xor anlayır ki, bununla heç bir şeyə nail ola bilməyəcəklər - Qarabağı Azərbaycan dövlətinin suveren ərazisi kimi tanıyan dünya birliyi rəsmi Bakının maraqlarının əksinə heç bir sənəd qəbul edə bilməyəcək. Məhz bu səbəbdən də şərti sərhəd ərazisində silahtı təxribatlarını daha da intensivləşdirən Ermənistan məhz bu yolla Azərbaycana qarşı “təzyiqlər” formalaşdırmağa çalışır. Başqa sözlə, şərti sərhəddə eskalasiya görüntüsü yaratmağa çalışan Ermənistan bəzi havadarlarının yardımı ilə beynəlxalq aləmdə Azərbaycanla bağlı
fərqli mövqe formalaşdırmağa niyyətlənib. Burada isə Fransanın Aİ missiyası daxilindəki nümayəndələrdən aktiv şəkildə istifadə ediləcəyi istisna olunmur.
Ermənistan anmalıdır ki...
Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də onun havadarları üçün aydındır. Bu ölkənin müraciət etdiyi bu kimi təxribatlar ona baha başa gələ bilər - onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Dövlətimiz hər zaman bəyan edib ki, Azərbaycan yeni müharibə istəmir. Bununla belə yarana biləcək hər hansı bir təhlükə və ya təxribatın cavabı da vaxtında və lazımi səviyyədə verilir. Bu mənada, Ermənistan unutmamalıdır ki, apardığı təxribatyönümlü siyasi kurs onlar üçün yeni faciə ilə nəticələnə bilər...
P.İSMAYILO?
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

