Maliyyə Korporasiyasından Azərbaycana “yaşıl maliyyə” dəstəyi
18.05.2024 [10:50]
Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Azərbaycandakı strateji prioritetlərindən biri özəl sektorun yeni inkişaf modelinə keçidi dəstəkləməkdir.
BMK-nın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova Bakıda keçirilən “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu”nda bildirib. Qeyd edib ki, nəqliyyat və tikinti kimi sektorlarında biznesin imkanlarını artırmaq məqsədilə dəstəkləyici tənzimləmə davam etdiriləcək. BMK, eyni zamanda Azərbaycanın maliyyə sisteminin yeni texnologiyalara transformasiyanın asanlaşdırılmasında və investisiyaların dayanıqlılığının təmin edilməsində köməyini göstərəcək.
Bir müddət əvvəl Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının Avropa ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Mora Azərbaycanda bərpa olunan enerji sektoruna xüsusi maraq göstərdiklərini, o cümlədən işğaldan azad edilmiş ərazilərdə “yaşıl” şəhərlərin yaradılması və “yaşıl texnologiyaların” tətbiqində öz maliyyə dəstəyini verməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin edilməsində Azərbaycanın digər beynəlxalq qurumlarla əməkdaşlığının əlaqələndirilməsində də BMK-nın təşəbbüsləri mühüm əhəmiyyət daşıyır. Bu qurum Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi, Bakı gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun tikintisi və digər istiqamətlərdə də Azərbaycanın maliyyə təchizatçısı olmaq niyyətini ifadə edib.
Qeyd edək ki, 2021-ci ildə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır. Məqsəd, elektrik enerjisi istehsalı üçün mədən yanacaqlarından asılılığın azaldılması və özəl sektorun enerji sektorundakı iştirakının asanlaşdırılması istiqamətində ölkəyə dəstək verməkdir. BMK Dünya Bankı (DB) ilə birgə günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri, “yaşıl hidrogen” və sahələrə investisiyalara açıq olduğunu bəyan edib. Həmçinin, “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasında da maliyyə təchizatçısı olmaq niyyətindədir. Korporasiya rəsmiləri “yaşıl enerji”nin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı və enerji keçidinin şaxələndirilməsində də əsas donorlardan biri olacaq. Məhz bu əməkdaşlığın yeni çərçivəsi kimi BMK və əsas tərəfdaşı olan Dünya Bankının dəstəyi ilə Azərbaycan üçün dənizdə külək enerjisi üzrə Yol Xəritəsi hazırlanıb. Yol Xəritəsi Azərbaycanda dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektivdə infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7,2 QVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq potensialının olduğunu göstərir. Hazırda Beynəlxalq Maliyyə Korporasiyasının qlobal səyləri daha çox “yaşıl maliyyə” sisteminə yönəldilib. Bu yanaşmaya əsasən, korporasiya iqlim yönümlü maliyyə sistemlərinin yaradılması və yaşıllaşdırma ilə bağlı layihələrə davamlı sərmayələr ayırır. 2023-cü ildə qlobal miqyasda BMK iqlim dəyişmələri ilə bağlı mübarizə üzrə layihələrə 14,4 milyard ABŞ dolları ayırıb ki, bu da əvvəlki illə müqayisədə 2 dəfə çoxdur. Qlobal maliyyə koalisiyasının ən fəal üzvü kimi bu təşkilat diqqəti qlobal istixana qazlarının emissiyasının 9 faizdən çoxunu təşkil edən və əhəmiyyətli uyğunlaşma problemləri ilə üzləşən 5 əsas sistem üzərində cəmləşdirib ki, bura enerji, kənd təsərrüfatı, nəqliyyat, istehsal sahələri və şəhər təsərrüfatı daxildir. Azərbaycanın bu sahələrə xüsusi həssas yanaşmasının nəzərə alan BMK qeyd edilən sahələrin hər biri ilə əməkdaşlıq sxemlərini müzakirə etməkdədir.
Azərbaycanın bərpa olunan enerji imkanlarını yüksək dəyərləndirən BMK hesab edir ki, hazırda bu sahəyə maliyyə axınlarının genişləndirilməsi gələcəkdə enerji ixracının artırmağa imkan verəcək.
Maliyyə Korporasiyası son 30 ildə Azərbaycanda 60-dan çox layihəyə 800 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Bununla yanaşı, korporasiya investisiya mühiti, bərpa olunan enerji mənbələri, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın inkişafı, aqrobiznes və maliyyə sektoruna diqqət yetirməklə 20-dən çox sahədə hökumət təşəbbüslərini dəstəkləyib. Eləcə də ölkəmizdə işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün məqsədyönlü tədbirlərə dəstək verib. Hazırda qeyri-neft iqtisadiyyatının inkişafında əsas prioritetlərdən biri olan özəl sektorun maliyyə təminatında da Korporosiya köməyini əsirgəmir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35

