Yaxın 10 ildə bərpa olunan enerji istehsalı 5 QVt-ı ötəcək
06.06.2024 [10:37]
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərinin açılış mərasimindəki çıxışında ölkəmizin “yaşıl enerji” imkanlarına toxunarkən qeyd edib ki, 2027-ci ilin sonunda bərpaolunan enerji resurslarının gücü 2 qiqavata çatacaq. Bu real rəqəm hələ başlanğıcdır və ölkəmizin yaşıl hidrogen resurslarının həcmi daha böyükdür.
Beynəlxalq hesabatlarda da Azərbaycanın bərpa olunan enerji potensialının yüksək olmasına dair nikbin proqnozlar öz əksini tapıb. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cü il üzrə hesabatında qeyd olunur ki, Azərbaycan 2014-2023-cü illər ərzində bərpa olunan enerji ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb. Xüsusilə də hidroenerji ehtiyatlarının istehsalında böyük istehsal göstəriciləri qeydə alınıb, 2023-cü ildə hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatdırılıb. Həmin dövr ərzində külək enerjisinin gücü 2014-cü ildə mövcud olan 3 meqavatdan 67 meqavata, Günəş enerjisi isə 2 meqavatdan 282 meqavata yüksəlib. Bərpa olunan enerji mənbələrinin strukturunda su elektrik stansiyalarının payı isə 15,2 faizdən 20,3 faizə qədər artıbdır.
Digər enerji agentliklərinin qiymətləndirmələrinə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Dövlət başçısının vurğuladığı kimi bərpa olunan enerji mənbələrinin ən zəngin ünvanlarından biri azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsidir. Bu bölgədə su elektrik enerjisi baxımından nəhəng potensiala malikdir. Ortamüddətli inkişaf konsepsiyasına əsasən, bu ərazilər Yaşıl Enerji Zonas elan edilib və Yaponiyanın TEPSCO şirkəti müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdrılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.
Respublikamızın digər bölgələrində də Günəş və külək enerjisi ehtiyatlarının həcmi ümidvericidir. Quruda külək və günəş enerjisi üzrə resursların həcminin təxminən 40 QVt olduğu ehtimal edilir. Xəzər dənizində qiymətləndirilən 157 QVt gücündə külək və Günəş enerjisinin Azərbaycana aid payı isə bu ehtiyatların ən azı 30 faizinə bərabərdir.
Beləliklə, həmin resursların istehsalı və nəqli üçün ölkəmizin maliyyə imkanları ilə yanaşı, xarici sərmayələrə ehtiyac vardır ki, bu məqsədlə dünyanın nüfuzlu şirkətləri ilə bərpa olunan enerji istehsalına dair sazişlər imzalanıb. Son 2 ildə “Masdar”, “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,”Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə imzalanmış müqavilələrə əsasən, “yaşlı enerji” ilə bağlı əməkdaşlığa başlanılıb. Bu əməkdaşlıq sazişlərinin icrası çərçivəsində inşa olunan bərpa olunan enerjinin illik istehsalı yaxın 2 ildə 2 QVt-a, 5-6 il ərzində isə 4-5 QVt-a çatmış olacaq.
Əldə edilən “yaşıl enerji”nin böyük bir hissəsi daxili ehtiyacların ödənilməsinə yönəldildikdən sonra, qalan hissəsi xaricə ixrac olunacaq. Bu məqsədlə hazırda “Xəzər-Qara dəniz-Avropa” yaşıl dəhlizi yaradılır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

