Ümumdünya Ticarət Təşkilatına üzvlüyün bir addımlığında...
08.06.2024 [10:35]
Rəqabət Məcəlləsinin qəbul olunması Azərbaycanın ÜTT-yə üzvlüyünü yaxınlaşdırıb
Prezident İlham Əliyev Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edərkən ölkəmizin bu quruma daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Eləcə də ÜTT-nin baş direktoru Nqozi Okonyo-İveala İqtisadiyyat Nazirliyində olub və keçirilən görüşdə ölkəmizdəiəlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın bu təşkilata daxilolma prosesi ilə bağlı atdığı addımlar Nqozi Okonyo-İveala tərəfindən müsbət qarşılanıb.
Ümumdünya Ticarət Təşkilatı ilə sıx əməkdaşlıq Azərbaycanın iqtisadi siysətində hər zaman ilk yerlərdən birini tutub və 1995-ci ildən bu qurumla sıx əməkdaşlıq edirik. Əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarət olan ÜTT-yə üzvlük üçün ölkəmiz ötən dövrdə iqtisadi-hüquqi addımlar adıb, çoxtərəfli ticarət danışıqlarını həyata keçirib. Respublikamız 1997-ci ildə ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciəti ÜTT Katibliyinə təqdim edib və həmin il ÜTT katibliyində ölkəmiz üzrə İşçi Qrup yaradılıb. İndiyə qədər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı bir neçə iclas keçirilib və üzvlük prosesi çərçivəsində ABŞ, Avropa İttifaqı, Rusiya, İsveçrə, Tailand, Braziliya, Yaponiya ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlarda razılaşmalar əldə olunub. İkitərəfli danışıqlar nəticəsində bir neçə ölkə ilə protokallar imzalanib.
Hazırda öz qanunvericiliyini ÜTT tələblərinə uyğunlaşdıran ölkəmiz 10-dan artıq hüquqi sənədi təkmilləşdirib, gömrük qanunvericiliyini tam optimallaşdırıb. Yeni qəbul edilmiş Rəqabət Məcəlləsi isə artıq Azərbaycanın ÜTT-yə üzv olmasını tam yaxınlaşdırıb.
Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Məsələn, Bakıda keçirilən Enerji Həftəsində çıxış edən nüfuzlu “Atlantic Council” Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Orta Dəhlizin imkanlardan danışarkən region ölkələrinin dünya bazarına çıxış üçün ən rentabelli logistika-nəqliyyat xətti kimi Transxəzərin mərkəzi kimi Azərbaycanın əhəmiyyətini xüsusi olaraq dəyərləndirib. O, rəsmi Bakının iradəsi və resursların şaxələndirilməsində nümayiş etdi?diyi qətiyyət sayəsində Orta Dəhlizin həyata vəsiqə qazanma ərəfəsində olduğunu xatırladıb.
Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır. Bir çox ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalayır. Asan ticarətin ən təşviqedici aləti olan Preferensial Ticarət Sazişləriini imzlamaq üçün bir çox ölkələrlə danışıqlar aparır. 2021-ci ildə ilk dəfə olaraq qardaş Türkiyə ilə qarşılıqlı ticarətdə yeni yol açan Preferensial Ticarət Sazişinin qüvvəyə minməsi iqtisadi və ticari əlaqələrdə gömrük rejiminin sadələşdirilməsini təmin edib və bir neçə mal qrupu üzrə gömrük dərəcələrinin azalmasına gətirib çıxarıb. “Preferensial Ticarət Sazişi”nin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Tərəflər ilk mərhələdə idxal və ixrac olunan bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldıb. Ona görə də bu cür sazişlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu da ÜTT-nin tam maraqlarına cavab verir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl yeni yaradılan
Transxəzər Gömrük Tranzit Portalı da bu strateji hədəflərin bir hissəsidir və beynəlxalq ticarətin asanlaşmasına xidmət edir. Tranzit Portalı xidmətlərin asan və şəffaf bir pəncərədə birləşdirən sistem olmaqla, yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan rəqəmsal qovşaqdır. Nəticədə bu görülən bütün işlər məhz Ümumdünya Ticarət Təşkilatının tövsiyələrinə tam uyğundur və bu qurumun asan ticarət tələbləri ilə üst-üstə düşür.
Beynəlxalq ticarətdə öz yerini möhkəmləndirmək, ixrac coğrafiyasını daha da genişləndirmək Azərbaycanın yeni iqtisadi hədəflərində də ön sırada yer alır. Milli İxrac Strategiyasına əsasən, Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, yeni bazarların araşdırılması, ixracın stimullaşdırılması və təşviqi istiqamətində sistemli və kompleks tədbirlər, həmçinin yeni xarici ölkə bazarlarının tapılması və ixrac istiqamətlərinin coğrafi hüdudları müəyyən edilib. “Milli ixrac strategiyası” 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir. Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını 2025-ci ilədək ötən illə müqayisədə iki dəfə artırmaq və 3,7 milyard dollara çatdırmaq planlaşdırılır. Adambaşına düşən qeyri-neft ixracının 2025-ci ildə 450 dollar hədəfinə çatdırılması nəzərdə tutulur. Həmçinin xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin daha da təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi, iri investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə cəlbi məqsədilə yeni qitisadi alətlərin tətbiqi strategiya sənədinin əsas prioritetləri sırasında yer alır.
Beləlilklə, qlobal nəqliyyat daşınmalarının əsas coğrafi koordinatlarından birinə çevrilən Azərbaycanın həm də beynəlxalq ticarətin axınlarını təmin etməyə hazırlaşır. Bu kimi yeni reallıqlar da ölkəmizin ÜTT-yə üzvlüyünü labüdləşdirib.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

