/ / Dövlət Departamenti: Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır
Dövlət Departamenti: Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır
22.01.2016 [10:07]
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstaynın “Trend”-ə müsahibəsi:
- ABŞ və Azərbaycan arasında indiki münasibətləri necə qiymətləndirirsiniz?
- ABŞ-Azərbaycan münasibətləri möhkəmdir, ölkələr Azərbaycanın müstəqillik qazanmasından bəri əməkdaşlıq edirlər. Biz regional enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq vasitəsilə ikitərəfli əməkdaşlığı möhkəmləndirdik. Dostlar arasında tez-tez olduğu kimi həmişə hər şeydə razılaşmırıq, lakin əməkdaşlığın vacibliyini aydın başa düşürük. Hər iki tərəf səylə çalışır ki, mümkün fikir ayrılıqları regional və beynəlxalq səviyyədə qarşılıqlı strateji maraqlarımıza təsir etməsin.
- Məlum olduğu kimi, Siz “Cənub Qaz Dəhlizi” layihəsini fəal şəkildə dəstəkləyirsiniz. Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə barədə nə düşünürsünüz?
- Azərbaycan qlobal enerji təhlükəsizliyində müstəsna, xüsusilə də Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. 1990-cı illərdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi konseptuallaşdırıldı. Azərbaycan rəhbərliyi başa düşürdü ki, bu, təkcə neft kəməri layihəsi deyildi, eləcə də Azərbaycanın dünya ictimaiyyətinin və dünya enerji birliyinin üzvü qismində strateji rolunu göstərirdi. Həmin vaxt ABŞ Prezidenti Bill Klinton Azərbaycan rəhbərliyinin baxışlarını bölüşürdü.
Bu boru kəməri tarixdə ilk dəfə olaraq Xəzər regionundan neftin azad bazar qismində beynəlxalq bazarlara çatdırılmasına şərait yaratdı. Hesab edirəm ki, “Cənub Qaz Dəhlizi” Heydər Əliyevin vaxtında 1990-cı illərdə BTC ilə başlamış və Prezident İlham Əliyevin dövründə “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ilə başa çatan dairəni yekunlaşdırır.
Hazırda Avropa bəzi ölkələri çətin vəziyyətə qoyan infrastruktrur mirasından əziyyət çəkir. Həmin ölkələr vahid dominant tədarükçü olan Rusiyadan qaz almaq məcburiyyətindədirlər. Rusiya bu mövqeyindən iqtisadi və siyasi təsir vasitəsi kimi istifadə edir.
“Cənub Qaz Dəhlizi” Avropada hazırda yeganə əsl şaxələndirmə layihəsidir. Azərbaycandan qaz “Cənub Qaz Dəhlizi” üzrə Avropaya tədarük ediləcək. “Cənub Qaz Dəhlizi” yeni marşrut üzrə yeni qaz tədarükünü təmin etməklə rəqabət üçün əsl imkan yaradır.
Buna görə də hesab edirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Enerji təhlükəsizliyi hər bir ölkə üçün iqtisadi və milli təhlükəsizliyinin əsasıdır. Bu o deməkdir ki, Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
- Dövlət katibi Con Kerri və digər yüksək vəzifəli şəxslər çıxışlarında tez-tez “Cənub Qaz Dəhlizi”nə toxunurlar. Həmçinin hamı ABŞ-ın Bakı-Tbilisi-Ceyhan strateji və uğurlu neft boru kəməri layihəsini qətiyyətlə dəstəklədiyini xatırlayır. ABŞ “Cənub Qaz Dəhlizi”nə dəstək üçün nə edir? Sizin bu prosesdə rolunuz nədən ibarətdir?
- Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi, təxminən son 5 il ərzində vaxtımın xeyli hissəsini “Cənub Qaz Dəhlizi”nin uğurunu təmin etməyə həsr etdim.
Uzun illər əvvəl, BTC layihəsi üzrə müzakirələr başlayanda insanların çoxu bu layihənin yaratdığı siyasi problemləri nəzərə alaraq onun imkanlarına şübhə ilə yanaşırdı. Lakin o, reallığa çevrildi.
BTC-ni daha çətin olan “Cənub Qaz Dəhlizi” layihəsi ilə müqayisə edin. Bu layihə Azərbaycandan Gürcüstan, Türkiyə, Yunanıstan vasitəsilə Albaniyaya və yekunda Yunanıstandan Bolqarıstana interkonnektorlarla İtaliyaya infrastrukturun yaradılmasını tələb edir.
Bu layihəyə bəzi ölkələr, bir neçə idarəetmə sistemi, müxtəlif normalar, eləcə də hüquqi məsələlərin geniş spektri cəlb edilib. Belə boru kəmərinin tikintisinin texniki çətinliyindən hələ danışmıram.
Bu layihədə iştirak etməyən və ondan iqtisadi mənfəət qazanmayan ABŞ şirkətləri bu layihəni o qədər həlledici hesab edir ki, onu əvvəldən bu günədək izləyirlər.
Biz dəstək vermək üçün, demək olar, hər həftə işləyirik və mümkün olan hər şeyi edirik ki, yaranan fikir ayrılıqlarını aradan qaldıraq və ortaya çıxan problemlərin həllinə kömək edək.
Mən diplomatik öhdəliklərin təfərrüatlarını deyə bilmərəm, lakin sizi əmin edə bilərəm ki, mən və komandam hər həftə bu məsələləri müzakirə edirik. Bilməyinizi istəyirəm ki, bu layihəyə sadiqliyini dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden və Prezident Barak Obama da göstərir. Hamı bu layihəni təkcə sözdə deyil, fəaliyyəti ilə də dəstəkləyir.
- Bu yaxınlarda konqresmen Kris Smit tərəfindən erməni lobbisinin təşəbbüsü ilə layihə təqdim edildi. Bu qanun layihəsi təkcə ABŞ-Azərbaycan münasibətlərinə zərər vurmur, həm də ABŞ-ın dəstəklədiyi enerji təhlükəsizliyi və nəqliyyat kimi sahələrdə strateji layihələri pozur, ABŞ-ın Avropadakı müttəfiqlərinə, eləcə də İsrail və Türkiyəyə mənfi təsir edir. Bu qanun layihəsi barədə nə düşünürsünüz? Bəziləri deyir ki, ABŞ administrasiyası ona qarşıdır, digərləri isə hesab edir ki, onun arxasında Dövlət Departamenti dayanır. Bu suallara dəqiq cavab varmı?
- Başa düşmək lazımdır ki, ABŞ-da hakimiyyətin 3 qolu var və Konqresin öz rolu mövcuddur. Konqresin hər üzvünün imtiyazı, qanunları təqdim etmək hüququ var.
Bu, uzun prosesdir və təqdim edilən qanunun Nümayəndələr Palatasında və Senatda qəbul edilməsi tələb olunur, yalnız bundan sonra Prezident istədiyi təqdirdə onu rəsmiləşdirmə qaydasına uyğun olaraq qanun qismində imzalaya bilər.
Mən Konqres üzvlərinin nəyi etməli olduğunu və ya olmadığını şərh etmirəm. Konqesin hər bir üzvünün baxışlarını ifadə etmək və qanunları təqdim etmək hüququ var. Lakin xatırladım ki, hazırda bu, yalnız qanun layihəsidir. ABŞ Dövlət Departamenti qanun yaradıcılığında iştirak etmir, bu, ABŞ Konqresinin səlahiyyətindədir.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

