Bakıda Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurasının sessiyası keçirilir
18.03.2017 [11:10]
“Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində martın 14-də Bakı şəhərində Dünya Su Şurası (DSŞ) İdarə Heyətinin 61-ci Toplantısı öz işinə başlayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Prezidentin köməkçisi Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısının iştirakçılarına müraciətini oxuyub.
DSŞ İdarə Heyətinin üzvü , “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, su ilə əlaqəli qlobal məsələləri beynəlxalq müstəvidə qaldıran və onların həlli istiqamətində mühüm addımlar atan Dünya Su Şurasının İdarə Heyətinin bugünkü toplantısı perspektiv fəaliyyət üçün böyük imkanlar yaradacaq: “2013-cü ildən DSŞ-nın üzvü olan “Azərsu” ASC 2015-ci ildən İdarə Heyətində təmsil olunur. Bu status bizə su ilə əlaqəli müxtəlif məsələlərin araşdırılması və həll yollarının müəyyənləşdirilməsi sahəsində geniş imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyev bizim bu təşkilatda təmsil olunmağımıza, ölkəmizin su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi, transərhəd su hövzələri ilə bağlı məsələlərin beynəlxalq miqyasda müzakirəsinə dəstək verir. Eyni zamanda, ölkə başçısının tapşırığı ilə son illər su sektorunun inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir”.
Onun sözlərinə görə, DSŞ və Dünya Su Forumunun səyləri nəticəsində “Təmiz su və sanitariya” məsələsi Birləşmiş Millətlər Təşkilatının “Davamlı İnkişaf Məqsədləri-2030” çağırışının əsas hədəflərindən biri kimi qəbul olunub. Su Həftəsi çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsində bu məsələ prioritetlərdən biri kimi göstərilib.
Q.Hüseynov Beynəlxalq Su Resursları Assosiasiyasının (İWRA) 18-ci Dünya Su Konqresinin, DSŞ Dünya Su Forumunun növbəti toplantılarından birinin Azərbaycanda keçirilməsi üçün ölkəmizin namizədliyinin irəli sürüləcəyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Dünya Su Şurasının Prezidenti Benedito Braqa Şuranın növbəti toplantısının Bakı şəhərində keçirilməsinə göstərilən dəstəyə, həmçinin toplantı iştirakçılarına ünvanlanmış müraciətə görə DSŞ İdarə Heyəti üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. B.Braqa 61-ci toplantının su ilə bağlı problemlərin müzakirə edilməsi və birgə həll yollarının tapılması, bu sahədə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə adlandırıb: “Dünya su ehtiyatlarının ədalətlə istifadəsi, inteqrasiyalı idarəetmə prinsiplərinin işlənilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması sahəsində Dünya Su Şurası məqsədyönlü fəaliyyət göstərir. DSŞ-na üzvlük və qurumun İdarə Heyətində təmsilçilik qlobal su problemlərinin, strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir. Bu status inkişaf etmiş ölkələrin və qabaqcıl şirkətlərin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir”.
Qeyd edək ki, DSŞ İdarə Heyətinin üzvlərinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunacaq.
DSŞ İdarə Heyətinin 61-ci Toplantısı martın 18-də yekunlaşacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

