“Baku Shopping Festival”ın turizm sektorunda müsbət təsiri görünür
14.11.2017 [10:15]
Turizm üzrə 2016-cı ilin bir illik nəticəsi 2017-ci ilin 10 ayı ərzində tamamlandı
Azərbaycan turizm üzrə dinamikanı oktyabr ayında da saxlayıb. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, 2017-ci ilin oktyabr ayı ərzində ölkəyə gələn turistlərin sayı 204 min 686 nəfər olub ki, bu da ötən illə müqayisədə 12,9 faiz artım deməkdir.
Nazirlik 2017-ci ilin 10 ayı ərzində ölkəyə gələn turistlərin də sayını açıqlayıb. Bildirilib ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 2 milyon 276 min 604 nəfər turist gəlib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 20,1 faiz artım deməkdir.
Müqayisə üçün qeyd edək ki, bütövlükdə 2016-cı ildə Azərbaycana 2.242.783 milyon nəfər turist gəlib. 2017-ci ildə isə bu göstərici 10 ay müddətində əldə edilib. Nəzərə alsaq ki, ilin tamamlanmasına qədər 2 ay qalır, onda ölkəyə gələcək turistlərin statistikası 2017-ci il üçün yüksək göstəricilərlə müşayiət olunacaq.
Məlumat üçün bildirək ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi üçün qəbul edilən proqramlarda istinad edilən sahələrdən biri də turizmdir.
İxtisaslaşmış turizmin yaradılması “iqtisadi inkişaf strategiyası”nda istinad edilən 11 sektordan ( 8 əsas, 3 yardımçı olmaqla) biridir. 2016-cı ildə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə turizm üzrə “2020-ci ilədək tədbirlər planı”, “2025-ci ilədək uzunmüddətli baxış” və “2025-ci ildən sonrakı dövr üçün hədəf baxış” hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun. Azərbaycan 2025-ci ilədək dünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır.
Məqsədə çatmaq üçün tətbiq edilən mexanizmlər sırasında beynəlxalq brend tədbirlərin Azərbaycanda keçirilməsi də var. “Formula-1”, “Bakı - 2015 Birinci Avropa Oyunları”nın, “İslam Həmrəylik Oyunları”nın Bakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən hədəflərə çatmaqdır.
2017-ci ildən etibarən isə, Azərbaycanda daha bir beynəlxalq brend tətbiq edilir. Turizmin inişafı yönündə icra edilən proqramlar sırasında “Baku Shopping Festival” xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixdə imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq keçirilən şopinq festivallar həm turizmin inkişafı strategiyasına, həm də ümumilikdə milli iqtisadiyyatın diversifikasiyası proqramına mühüm töhfələr verə bilib.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə 2017-ci ilin 10 aprel-10 may aralığında 1-ci “Baku Shopping Festival” keçirilib və nəticələr uğurlu olub. Oktyabrın 15-dən etibarən isə 2-ci şopinq festival keçirilir. Festival noyabrın 15-dək davam edəcək.
2017-ci ildə, şopinq festivalların keçirildiyi bir dövrdə ölkəyə gələn turistlərin kəmiyyəti ötən illərlə müqayisədə dəfələrlə artıb. Yuxarıda da qeyd edildiyi kimi, bütövlükdə 2016-cı ildə Azərbaycana 2.242.783 milyon nəfər turist gəlibsə, 2017-ci ildə bu göstərici 10 ay müddətində əldə edilib.
Rəsmi statistikaya görə, həyata keçirilən proqramların, tətbiq edilən mexanizmlərin nəticəsi olaraq Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayının orta hesabla illik 8,5 dəfə artması təmin edilib. Həmçinin, turizm sənayesinin ölkə ÜDM-də payı 4,3 faizə qalxıb. Qəbul edilmiş proqramların tam icra edilməsindən sonra, turizmin ölkədə ÜDM-yə təsir imkanları inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq.
Bütün bunlar düşünməyə əsas verir ki, beynəlxalq brend tədbir və kampaniyaların Azərbaycanda tətbiqi davam etdiriləcək.
Milli.Az
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

