Azərbaycanda turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır
10.02.2018 [01:01]
Azərbaycanda iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Turizm Assosiasiyasının aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə dəstəklə bağlı tədbirində səsləndirilib.
Assosiasiyanın sədri Nahid Bağırov qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönələn strategiyanın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır. Bu da dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl Kənd Turizm Assosiasiyası və digər turizm qurumları ölkəmizdə turizmin inkişafında mühüm rol oynayır. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub.
Qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı turizmin də inkişafına təkan verəcək. Qatar turizminin inkişafı böyük İpək Yolunun inkişafında yeni mərhələ olacaq. Yaxın gələcəkdə dəniz turizmi də inkişaf edəcək, kruizlər fəaliyyətə başlayacaq. Xəzər dənizinin potensialından maksimum istifadə imkanları var. Bu, eyni zamanda, Xəzər dənizi sahili ölkələri ilə turizm əlaqələrini canlandıracaq və sıx iqtisadi münasibətlər yaradacaq.
Diqqətə çatdırılıb ki, Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Dövlətin diqqəti və qayğısı sayəsində 2006-cı ildən Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir. Bir sıra ali təhsil ocaqlarının müvafiq fakültələrində turizm kafedraları var. Bakı şəhərində Turizm Peşə Məktəbi, Qəbələ və İsmayıllı şəhərlərində Turizm Peşə Məktəbi və Liseyi, Mingəçevir şəhərində Turizm Kolleci fəaliyyət göstərir.
Turizm Assosiasiyasının sədri Azərbaycanda kütləvi turizmin inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri qeyd edib. O, ölkəmizə daha çox turist cəlb etmək üçün sadələşdirilmiş viza prosedurunun həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilib. Azərbaycanda turizmin hələ böyük inkişaf potensialı var və bu potensialın üzə çıxarılması və həyata keçirilməsi dövlətin dəstəyi olmadan mümkün deyil. Nahid Bağırov turizm ictimaiyyətinin bütün nümayəndələrini prezident seçkilərində fəal iştirak etməyə və Azərbaycan turizminin inkişafında yorulmaz fəaliyyətini davam etdirməsi üçün Prezident İlham Əliyevi dəstəkləməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

