“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnirlər
07.03.2018 [09:44]
Martın 6-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Niyyət Protokoluna əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditləri illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik göstərəcək.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti ölkədə özəl bölmənin inkişafına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib.
Şirzad Abdullayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75 faizi respublikanın regionlarının, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90 faizini isə kiçikhəcmli kreditlər təşkil edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən indiyədək 48 mindən çox sahibkarın iştirak etdiyi 362 işgüzar forum keçirilib.
Dünən imzalanan Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlüklərini qeyd edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsinin yaratdığı əlavə imkanları, özəl sektorun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD”ın məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, qurum kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirir. “ABAD” mərkəzlərində ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üzrə texniki, biznes-konsaltinq, maliyyə, marketinq, logistika və satışın təşkili, brendinq, dizayn və hüquqi yardım üzrə dəstək mexanizmləri tətbiq olunur. “ABAD”çıların istehsal etdiyi məhsulların sertifikatlaşdırılması “bir pəncərə” prinsipi üzrə aparılır.
Tədbirdə çıxış edən “Azər-Türk Bank” ASC-nin idarə heyətinin sədri Orxan Hüseynov bildirib ki, bu gün imzalanan Niyyət Protokolu üzrə nəzərdə tutulmuş layihələrin maliyyələşdirilməsində müvəkkil bank olaraq, “ABAD”çıların investisiya layihələrinə illik faiz dərəcəsi 4 faizdən artıq olmamaqla güzəştli kreditlər veriləcək, birgə əməkdaşlıq “ABAD”ın fəaliyyətinin daha da genişlənməsinə öz töhfəsini verəcək.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azər-Türk Bank” ASC tərəfindən ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrlə məşğul olan 12 sahibkara 150 min manat dövlətin güzəştli kreditləri verilib.
Sonda tədbir iştirakçıları “ABAD”çıların istehsal etdiyi məhsulların sərgisi ilə tanış olublar. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD” publik hüquqi şəxs ilə birlikdə belə layihələrin maliyyələşdirilməsini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

