Azərbaycanla Gürcüstan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir
07.03.2018 [09:51]
İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Neft Fondunun, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yüksək vəzifəli rəsmiləri daxildir.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.
Sonra Azərbaycan nümayəndə heyəti Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi ilə tanış olub.
Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və daxili işlər naziri Georgi Qaxaria ilə görüşündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun layihənin iştirakçısı olan ölkələrin iqtisadi inkişafında, yükdaşımaların artmasında əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, Azərbaycan və Gürcüstanın birgə beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı olduğunu qeyd edib. Bildirilib ki, Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun böyük potensialı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin martın 4-də Türkiyədə keçirdiyi görüşdə də layihənin xüsusi önəminin vurğulandığını, bu imkandan daha geniş yararlanmaq perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb: “Əsas məqsəd Bakı-Tbilis-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq”.
Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb. Ötən 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17 faiz, ixrac 13 faiz artıb. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3 milyard ABŞ dolları investisiya yatırılıb və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb. Azərbaycanın SOCAR şirkəti Gürcüstanda uğurla fəaliyyət göstərir.
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bakıda görüşünü xatırladan Dmitri Kumsişvili dövlətimizin başçısının BTQ və digər regional layihələrə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

