“AzerTelecom” informasiya texnologiyaları sahəsində maarifləndirmə layihələrini dəstəkləyir
19.05.2018 [09:01]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu və STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilmiş “Golden Byte” beynəlxalq informasiya texnologiyaları müsabiqəsi başa çatıb.
“Golden Byte” beynəlxalq İT müsabiqəsinin ölkəmizdə keçirilməsinə fevral ayından start verilib və bu günə qədər iki regional yarımfinal mərhələsi, həmçinin ölkəmizi Ukraynada, Kiyev şəhərində keçiriləcək beynəlxalq final mərhələsində təmsil edəcək qaliblərin müəyyən olunması məqsədilə yekun regional final mərhələsi baş tutub.
Ümumilikdə regional finalın iştirakçıları 7 nominasiya üzrə öz layihələrini təqdim ediblər və bu layihələr “AzerTelecom” şirkətinin Kommersiya məsələləri üzrə direktoru Samir Nuriyevin də tərkibində təmsil olunduğu peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Hər nominasiya üzrə qaliblərə, eləcə də iştirakçılara təşkilatçılar tərəfindən müvafiq sertifikatlar, müsabiqəyə dəstək verən tərəfdaşlar tərəfindən isə hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edən “AzerTelecom” MMC-nin Satış və Partnyorların İdarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, STEP Kompüter Akademiyası tərəfindən təşkil olunan bu beynəlxalq müsabiqə innovativ ideyaların reallaşdırılması, ümumilikdə İKT sahəsində təhsilin irəli aparılması, gənclərimizin ölkəmizi xaricdə keçirilən nüfuzlu beynəlxalq müsabiqədə təmsil etmələri istiqamətində mühüm bir layihədir və “AzerTelecom” şirkəti bu müsabiqənin Azərbaycanda təşkilinə dəstək verməkdə, layihənin uğurlu şəkildə reallaşmasında maraqlıdır.
“Bu müsabiqəyə baş sponsor qismində şirkətimiz tərəfindən dəstəyin verilməsi STEP Kompüter Akademiyası ilə əməkdaşlığımız istiqamətində ilk layihəmizdir və “AzerTelecom” şirkəti olaraq bu təhsil müəssisəsi ilə birlikdə elmin, təhsilin inkişafına töhfə verə biləcək müxtəlif maarifçi xarakterli layihələrdə gələcəkdə də səmərəli şəkildə əməkdaşlıq etmək niyyətindəyik” - deyə Ləman Abasbəyli bildirib.
Qeyd edək ki, nominasiyalar üzrə layihələrin qiymətləndirilməsi və yekun mükafatlandırma mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakcell AppLab İnkubasiya Mərkəzi və ölkənin İKT sektorunda fəaliyyət göstərən və müsabiqəyə dəstəkçi olan digər şirkətlərin və bir sıra media qurumlarının nümayəndələri iştirak ediblər.
“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Xəbər lenti
Hamısına baxİdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24

