/ / Maliyyə Nazirliyində Fransa Sahibkarlar Təşkilatına üzv olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Maliyyə Nazirliyində Fransa Sahibkarlar Təşkilatına üzv olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib
11.07.2019 [09:33]
İyulun 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatı - MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən fransız şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri, Maliyyə naziri Samir Şərifov ölkəmizin Fransa ilə münasibətlərə böyük önəm verdiyini, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Fransaya səfərlərindən sonra iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verildiyini və hazırda bir sıra sahələrdə yeni layihələrin həyata keçirilmə imkanlarının araşdırıldığını bildirib.
Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının ölkələrimiz arasında iqtisadi, maliyyə, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafına dəstək verdiyini qeyd edən S.Şərifov iqtisadi və maliyyə dialoqunun genişləndirilməsi məqsədilə iyul ayının sonunda Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Merin Azərbaycana səfərinin gözlənildiyini diqqətə çatdırıb.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər və qazanılan sosial-iqtisadi uğurlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr haqqında məlumat verən nazir qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqamətini təşkil etdiyini diqqətə çatdırıb.
S.Şərifov ölkəmizdə aparılan iqtisadi islahatların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd edib. Belə ki, hesabatda Azərbaycan dünyanın 10 islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Bununla Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. “Hesab edirəm ki, iki ölkənin biznes dairələri yaradılmış bu əlverişli biznes mühitindən yararlanaraq böyük həvəslə iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcək birgə layihələr həyata keçirməlidirlər”, - deyə nazir əlavə edib.
MEDEF Biznes Şurasının prezidenti kimi ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edən Jofrua Ru de Beziö Azərbaycana 60 şirkət rəhbərinin təmsil olunduğu böyük nümayəndə heyəti ilə gəldiyini bildirib. O, iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı istiqamətləri barədə fikirlərini bölüşərək Fransanın ölkəmizlə əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin Fransa şirkətləri üçün geniş imkanlar açdığını qeyd edərək deyib: “Fransa şirkətləri Azərbaycan üçün vacib olan istiqamətləri öyrənmək, bütün iqtisadi potensialından istifadə etmələri üçün Azərbaycanda aparılan islahatlarla və inkişaf prosesləri ilə yaxından tanış olmaq niyyətindədir. Bu səfər çərçivəsində biz, həmçinin Prezident İlham Əliyevlə görüşdük. Cənab Prezident bizim müxtəlif sahələrə aid suallarımızı yüksək alicənablıqla cavablandırdı. Görüşdə kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş avtomobil yolları, rəqəmsal texnologiyalar ilə bağlı müxtəlif məsələləri müzakirə etdik”.
Sonra Maliyyə naziri Samir Şərifov fransız iş adamlarını maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48

