Əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi halları aşkarlanıb
04.03.2020 [14:25]
Vergiödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən “Ən Ucuz Market”lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan ümumilikdə 33 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması halları aşkar edilib. Həmin obyektlərin hər birində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.
Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən, Cəlilov Elşən Firdovsi oğluna məxsus tikiş sexində aparılan vergi nəzarəti tədbirləri zamanı isə 16 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunduğu aşkar edilib. Həmçinin müəyyən edilib ki, vergidən yayınmaq məqsədilə vergiödəyicisi fəaliyyət göstərdiyi obyekti vergi orqanlarında qeydiyyatdan keçirməyib.
İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı 10 nəfərdən çox olduğu halda, cinayət tərkibi yaranır. İşəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər.
Vergi orqanları dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yayınma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergiödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.
Vətəndaşların nəzərinə bir daha çatdırılır ki, əmək müqaviləsinin bağlanması, ilk növbədə, işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əməkhaqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar.
Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir işçi öz gələcəyini indidən düşünmüş olur.
Xəbər lenti
Hamısına baxDünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34

