Bölgələrdə infrastrukturun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir
14.04.2016 [10:00]
Dövlət proqramlarının uğurla icrası Azərbaycan regionlarının hərtərəfli inkişafını təmin edir
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Bütün bunlar isə ötən dövr ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğundan xəbər verir. O mənada ki, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Bu hədəfə çatmaq üçün isə ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib, hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. Daha dəqiq desək, əksər ekspertlərin də vurğuladıqları kimi, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı, mebel, emal, çörək zavodu və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Yuxarıda sadalananlardan da bəlli olduğu kimi, istifadəyə verilən obyektlərin böyük əksəriyyəti regionlarda fəaliyyət göstərir. Yəni ötən 13 ildə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu gün yeni tikilən və ya təmirdən çıxmış bir sıra yeni sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilir.
Eyni zamanda, hazırda üçüncü Dövlət Proqramı çərçivəsində bölgələrdə abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Məsələn, sözügedən Dövlət Proqramına uyğun olaraq Gəncədə fəaliyyət göstərən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası əsaslı təmir, yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Respublikamızın qərb bölgəsində fəaliyyət göstərən ən böyük tibb müəssisələrindən biri olan Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası kompleks təyinatlıdır. Xəstəxananın ərazisində 11 rayona ixtisaslaşmış permatoloji-nenotoloji xidmət göstərən Regional Perinatal Mərkəz, infeksion xəstəxana, 6 saylı poliklinika fəaliyyət göstərir. Beşmərtəbəli, 245 çarpayılı xəstəxana binasında qəbul, cərrahiyyə, travmatoloji, uroloji, terapiya, hemodializ, nevroloji, reanimasiya, ginekoloji, dəri-zöhrəvi şöbələri mövcuddur. Bundan başqa, tibb müəssisəsində şüa-diaqnostika, rentgen, fizioterapiya, ultrasəs müayinə, laborator, EKO bölmə, həmçinin digər kabinet və yardımçı şöbələr yaradılıb. Xəstəxana dünyanın qabaqcıl ölkələrinin istehsalı olan, tibbin ən son nailiyyətlərinə əsaslanan avadanlıq və cihazlarla təchiz edilib.
Hazırda xəstəxanada 56-sı həkim olmaqla, 370 tibb işçisi çalışır. Peşəkarlıq səviyyəsini artırmaq üçün tibb müəssisəsində quraşdırılan aparat və avadanlıqlarda işləyəcək uyğun kadrlar seçilib, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ölkənin qabaqcıl tibb mərkəzlərində aparıcı mütəxəssislər tərəfindən hazırlıq və təkmilləşmə kurslarına cəlb olunublar. Qeyd edək ki, tibb müəssisəsinin xidmətindən nəinki şəhər, eləcə də ətraf rayonların əhalisi istifadə edə bilər.
İnfrastrukturların yenilənməsi bütün sahələri əhatə edir. Belə ki, “Gəncə” Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində də istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlılığın artırılması istiqamətində görülən işlər cari ilin birinci rübündə də davam etdirilib. 500 kilovoltluq (kV) “Samux” yarımstansiyasında birinci “Samux” hava elektrik verilişi xəttinin avadanlığı təmir olunub. Eyni zamanda, 330 kV-lik “Gəncə” yarımstansiyasında 110 kV-lik ikinci şin sisteminin gərginlik transformatoru dəyişdirilib, eyni gərginlikli ikinci “Kür”, altıncı “Gəncə” və birinci “Yenikənd” hava elektrik verilişi xəttinin eleqaz açarı, cərəyan transformatoru və xətt ayrıcısı təmir edilib. Bununla yanaşı, həmin dövrdə 330 kV-lik “Ağstafa” yarımstansiyasında gücü 200 MVA olan bir saylı avtotransformator, gücləri müvafiq olaraq 400 və 630 kVA olan 1 və 2 saylı xüsusi sərfiyyat transformatorları, 1-ci “Ağstafa” HX-nin eleqaz açarı və cərəyan transformatoru da təmir edilib.
Hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan bir neçə yarımstansiyada da mühüm işlər görülüb, yanğın təhlükəsizliyi məsələsi diqqətdə saxlanılıb.
Ölkəmizin müxtəlif regionlarında yol infrastrukturunun yenilənməsi yönündə də mühüm addımlar atılır. Belə ki, uzunluğu 40 kilometr olan Muğanlı-İsmayıllı avtomobil yolunda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari təmir işləri aparılır. Sözügedən təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, su ötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.
Bundan başqa, yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsilə kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.
Bütün işlər tərtib olunmuş cədvələ uyğun və yüksəkkeyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika cəlb olunub. Vurğulamaq lazımdır ki, payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri davam etdirilir.
Bundan başqa Salyan-Şirvan magistral yolunda da işlər yenidən bərpa olunub. Yenidənqurma işlərinə Salyan-Şirvan magistralının 15-ci kilometrliyində, yolun Salyan rayon ərazisindən keçən hissəsindən başlanılıb. İşi sürətlə aparmaq üçün əraziyə 30-dan çox müxtəlif təyinatlı texnika gətirilib. Artıq yolun 5 kilometrdən çox hissəsinə asfalt döşənib. Daha 4 kilometr ərazidə yolun torpaq yatağı hazırlanır. Ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirən yola 5 qat olmaqla, 25 santimetr qalınlığında asfalt döşənir. Bu isə ağır tonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismarına imkan verəcək.
Respublika əhəmiyyətli yolun əsaslı təmir olunması ətraf rayonlara gediş-gəlişin yaxşılaşması ilə yanaşı, həm də Salyanın 20-dən çox kəndinə avtomobil əlaqəsini asanlaşdıracaq. Müasir tələblərə uyğun təmir edilən yolun eni 13 metr olacaq. Uzunluğu 34 kilometrə çatan magistral yolun yağış və sel sularından qorunması üçün ehtiyac olan yerlərdə körpü və suötürücülər də inşa ediləcək.
Bundan başqa Kür çayının Salyandan keçən hissəsində təhlükəli vəziyyətdə olan bəndlər də bərpa edilir. 2010-cu il Kür daşqınlarından sonra Kür-Araz çayları boyunca yeni ölçülərə uyğun 900 kilometrə yaxın mühafizə bəndi vurulub. Həmin vaxt Salyan şəhər ərazisində fərdi yaşayış evləri, tikililər bəndin mühafizə zolağında yerləşdiyindən 4 kilometr ərazidə bəndvurma işləri görmək mümkün olmamışdı.
Bu ilin yaz-yay daşqınlarına hazırlıq ərəfəsində təhlükəni aradan qaldırmaq məqsədi ilə həmin ərazidə yaşayan əhali arasında izahat işləri aparıldıqdan sonra bəndlərin bərpasına başlanılıb. Qısa müddətdə 1 kilometr köhnə mühafizə bəndlərinin eni 7-8 metrə çatdırılıb. Hazırda ərazidə bu istiqamətdə işlər sürətlə davam etdirilir. Qeyd edək ki, bəndbərpa işləri başa çatdıqdan sonra çay daşqınları zamanı şəhər əhalisi üçün elə ciddi təhlükə yaranmayacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

