Azərbaycanla Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
22.10.2020 [08:55]
Ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər
(əvvəli ötən sayımızda)
Yeri gəlmişkən, 2019-cu il 17 dekabr tarixində Bakıda keçirilən və Azərbaycan-Ukrayna iqtisadi-ticarət əməkdaşlığının müzakirə olunduğu tədbirdə hər iki ölkədə investisiya cəlbediciliyinin artırılmasına yüksək siyasi iradə göstərildiyi diqqətə çatdırılıb. Tədbirdə ölkələrimiz arasında investisiya əməkdaşlığından danışan İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və digər sahələrdə Ukrayna kapitallı şirkətlərin uğurla fəaliyyət göstərdiyini bildirib. O, Azərbaycan şirkətlərinin Ukraynada fəaliyyətinin məmnunluq doğurduğunu, şirkətlərimizin iqtisadi fəallığına bundan sonra da hərtərəfli dəstək veriləcəyini bildirib. Qeyd edib ki, hər iki ölkənin iş adamlarının iştirakı ilə təşkil edilən biznes forumlar və işgüzar görüşlər yeni əməkdaşlıq imkanlarının və iş adamları arasında qarşılıqlı etimadın yaranmasına, ticarət dövriyyəsinin və investisiya qoyuluşunun artmasına töhfə verir.
İqtisadiyyat naziri Azərbaycanın investisiyalar üçün açıq olduğunu vurğulayaraq aparılan islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib.
Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli isə çıxışında Ukrayna-Azərbaycan iqtisadi əlaqələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb, bu sahədə həyata keçirilən tədbirlərin, həmçinin Azərbaycanda Ukrayna Ticarət Evinin açılmasının iqtisadi-ticarət əlaqələrinin inkişafında yeni imkanlar yaratdığını qeyd edib. Ukrayna iş adamlarının azərbaycanlı tərəfdaşları ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayan nazir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, İKT, turizm və sair sahələrdə potensialı diqqətə çatdırıb.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Ukrayna Ticarət və Sənaye Palatasının rəhbəri Gennadi Çijikov müvafiq olaraq Azərbaycanın və Ukraynanın biznes və investisiya mühiti barədə məlumat veriblər.
İki ölkənin iqtisadi əməkdaşlığında energetika sektoru xüsusi yer tutur
Azərbaycanla Ukraynanın iqtisadi əməkdaşlığında energetika sektoru xüsusi yer tutur. Azərbaycanın SOCAR şirkəti artıq 10 ildir ki, Ukraynada fəaliyyət göstərir. Hazırda SOCAR-ın bu ölkədə altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası mövcuddur. Qurumun Ukraynadakı fəaliyyətini genişləndirməsinə hər iki tərəf maraqlıdır.
SOCAR-ın Ukraynadakı “SOCAR Energy Ukraine” törəmə şirkəti neft məhsullarının pərakəndə və topdansatış seqmentlərində fəaliyyət göstərir. Şirkətdə qurulan kollektiv iş və peşəkar yanaşma SOCAR-ın Ukraynada layihələrinin səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Ötən ilin yayında Ukraynanın Dövlət Ehtiyat Agentliyinin “SOCAR Energy Ukraine” şirkətini uzun müddət (3 il) saxlamaq üçün 3,5 min ton həcmində A-92 markalı benzinin tədarükü ilə bağlı elan etdiyi tenderin qalibi seçməsi deyilənləri əyani şəkildə təsdiqləyir. “ProZorro” ticarət sisteminin məlumatına əsasən, tender sənədləşməsində SOCAR üç istehsalçını - Kremençuq, Şebelinsk və Mozır neft emalı zavodlarının adlarını qeyd edib. Hərracda şirkət bir ton benzin üçün 34 349 qrivna qiyməti ilə qalib gəlib. Onun bu hərracda yeganə rəqibi “Treyd Kommodiyi” şirkətinə daxil olan “Qaztrim” şirkəti olub. Bu şirkət həmin məhsulu 34 350 qrivna/ton qiymətinə təklif edib.
Ümumiyyətlə, SOCAR-ın Ukraynada fəaliyyət dairəsi kifayət qədər genişdir. Yuxarıda bəhs olunan tədbir çərçivəsində Ukraynanın Xerson vilayəti Dövlət Administrasiyası və “SOCAR Energy Ukraine” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
SOCAR-ın digər qurumları da Ukraynada müxtəlif enerji layihələrində fəal iştirak edirlər. Məsələn, SOCAR AQŞ Ukraynada mühəndislik konsaltinq xidmətinin göstərilməsi layihəsini icra edib. Qeyd edək ki, SOCAR AQŞ 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilib.
Ukraynanın “Naftoqaz Ukrainı” səhmdar şirkətinin yüksəksəviyyəli təmsilçilərinin SOCAR AQŞ-də keçirdikləri görüşdə qonaqlar Azərbaycan şirkətinin fəaliyyətini yüksək dəyərləndiriblər. Görüşdə Ukrayna nümayəndə heyəti müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olub və müxtəlif təqdimatları izləyiblər. SOCAR AQŞ tərəfindən ilk dəfə olaraq “Ümid” yatağında tətbiq edilmiş müxtəlif texniki həllər ukraynalı mütəxəssislərin böyük marağına səbəb olub. Görüşdə tərəflər hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarla müəyyənləşdirmək üçün ətraflı fikir mübadiləsi aparıblar.
Mədəni-humanitar sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir
Strateji tərəfdaşlar olan Azərbaycanla Ukrayna arasında mədəni-humanitar sahədə əməkdaşlığın spektri də kifayət qədər genişdir. Bu sahədə ikitərəfli qarşılıqlı əlaqələrin inkişafı üzrə hüquqi əsas iki ölkə arasında 1997-ci ildə imzalanmış mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş hesab olunur. Hazırda bu Sazişin praktik implementasiyası məqsədilə iki ölkənin müvafiq qurumları tərəfindən 2016-cı ildə imzalanan 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq Proqramının icrası uğurla həyata keçirilir. Sənəddə əhatə dairəsi kifayət qədər geniş olan müxtəlif tədbirlərin həyata keçirlməsi nəzərdə tutulub.
Ümumiyyətlə, dost ölkələr bir-birinin mədəniyyətinə çox böyük hörmət və qayğı ilə yanaşırlar. Bunun təzahürü olaraq Azərbaycanda Ukraynanın dahi oğlu Taras Şevçenkonun və Lesya Ukrainkanın abidələri ucaldılıb. Ukraynada da xalqımıza böyük hüsnrəğbət göstərilir. Bu ölkənin paytaxtında Ümummilli Liderimiz Heydər Əliyevin abidəsinin ucaldılması və həmin abidənin yerləşdiyi parka Ulu Öndərin adının verilməsi iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyindən xəbər verir.
İki ölkə arasında təhsil sahəsində əlaqələr intensiv inkişaf dinamikasına malikdir. Ölkələrimiz arasında təhsil sahəsində tələbə mübadiləsi proqramı reallaşdırılır. Bakı Slavyan Universitetində tələbələr Ukrayna dilini öyrənirlər. Həmçinin bəhs olunan təhsil müəssisəsində Ukrayna İnformasiya Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, sevindirici haldır ki, Ukraynada da Azərbaycan dilini öyrənən çoxlu sayda tələbə var, Poltava İqtisadiyyat Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Verilən məlumata əsasən, Ukrayna Təhsil Nazirliyi tərəfindən Azərbaycan mədəniyyətinə böyük diqqət göstərilir. Tələbələr Azərbaycan dili ilə yanaşı, ölkəmizin tarixini, mədəniyyətini və adət-ənənələrini də öyrənirlər.
Dost Ukrayna Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir
Azərbaycan indiyədək keçirilən müxtəlif beynəlxalq tədbirlərdə Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. Eyni zamanda, dost Ukrayna da ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. “Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim”. Bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenski cari ildə Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib.
Ukrayna, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən bütün cəbhəboyu həyata keçirdiyi əks-hücum əməliyyatlarında da respublikamıza öz dost dəstəyini ifadə edən ölkələr sırasında yer alır. Rəsmi Kiyev hərbi əməliyyatların ilk günündən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyib. “Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağda silahlı münaqişə tərəflərini qan tökməkdən çəkinməyə səsləyir”. Ukraynanın “strana.ua” saytının məlumatına əsasən, bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba sentyabrın 30-da keçirilən onlayn brifinqdə bildirib.
Ukrayna XİN başçısı deyib: “Biz bu hadisələrin gedişini diqqətlə müşahidə edirik... Azərbaycanın Xarici İşlər naziri ilə mənim telefon danışığım olub. Bizim mövqeyimiz aşkardır. Hər bir müharibə ağrı-acı, qurbanlar, dağıntılar deməkdir və indi Qafqazda bu hadisələrin baş verməsinə görə ürəkdən təəssüflənirik”.
“Ukrayna xarici siyasətinin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsidir. Azərbaycan bizim beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu prinsip bizim üçün əsla dəyişməz qalmaqdadır”, - deyə D.Kuleba bəyan edib.
Eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenski də növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Ukrayna Prezidenti V.Zelenski Çernovitskaya vilayətində jurnalistlərlə söhbət zamanı deyib: “Azərbaycanlılar bizi dəstəklədikləri kimi biz də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
V.Zelenski ölkələrin bir-birinin suverenliyi və ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyini başlıca aspekt adlandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bənzər münaqişələri dondurulmuş adlandırmaq olmaz, çünki bu vəziyyət daimi ola bilməz. Ukrayna Prezidenti deyib: “Mən medianın, cəmiyyətin və qərbli tərəfdaşların diqqətinə çatdırmaq istəyirəm ki, sadəcə dondurulmuş münaqişələr olmur. Onlar müəyyən vaxtadək dondurulmuş ola bilər. Bizim mövqeyimiz belədir”.
Ukrayna dövlətinin başçısı son illərdə Azərbaycan ilə öz ölkəsinin münasibətlərinin möhkəmlənməsini də vurğulayıb. O deyib ki, Azərbaycan ilə münasibətlərə gəlincə, son iki ildə bu münasibətlər, xüsusilə iqtisadi və geosiyasi istiqamətlərdə çox möhkəmlənib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

