İT mütəxəssisləri niyə xaricə axın edirlər?
05.08.2022 [10:46]
MÜŞFİQƏ
İnformasiya texnologiyaları (IT) çox geniş anlayışdır. IT sahəsi həyatımızın demək olar ki, bütün sahələrində var. Müasir yeniliklərlə nəzərdə tutulan internet, kompüter, şəbəkələr və s. hər şey informasiya texnologiyalarının tərkibindədir.
İT mütəxəssis kimdir? O, informasiya texnologiyalarına istiqamət verən, informasiyanın təhlükəsizliyinə nəzarət edən şəxsdir. İT helpdesk mütəxəssisi hər bir texniki problemlə qarşılaşan istifadəçinin zəng edib köməyə çağıracağı ilk şəxsdir. Ən kiçik müəssisələrdə belə onlara ehtiyac var. Bu sahənin populyar olmasının səbəbi də budur.
Ölkəmizdə bu peşə sahiblərinə tələbat çoxdur və artan xətlə davam edir.
Son vaxtlar bu sahəyə yönələnlərin sayının çoxalmağına baxmayaraq, mütəxəssis çatışmazlığı mövcuddur. Buna səbəb 2015-2018-ci illərdə İT mütəxəssislərinin kütləvi şəkildə xaricə axın etməsidir. İT mütəxəssislərinin əksəriyyəti ölkədən gedir, xaricdə daha yaxşı, perspektivli iş tapırlar. Görəsən, xarici ölkələrə üz tutan “düşünən beyinlər”i itirməmək üçün nə etməliyik? Cavab çox sadədir. Yaxşı maaş... Robotronics şirkətinin Süni intellekt üzrə mütəxəssisi Rauf Fətullayev belə düşünür. Onun sözlərinə görə, ölkəmizdə proqramçıların maaşlarının çox olmasına baxmayaraq, Avropa və Amerika ilə müqayisədə daha aşağıdır. İkinci məqam isə yeni nəsil texnologiya öyrənməyə daha maraqlı olmaları onları qitələri, hətta materikləri dəyişməyə vadar edir: “İT sahəsində sahibkarlıqla məşğul olmaq istəyən şəxslər daha münasib investisiya şərtlərinə görə gedirlər. Azərbaycanda startuplar yox dərəcəsindədir. Bu sahəyə investisiyaya maraq azdır. Eyni zamanda, təhsil imkanları da qənaətbəxş deyil. 10 il öncənin proqramı tədris olunur. Bu səbəbdən də xarici universitetlərdə təhsil almaq istəyənlərin sayı durmadan artır. Həlli yolu budur ki, bu sahəyə dövlət səviyyəsində dəstək olmalıdır. Universitetlərə yüksəkixtisaslı müəllimlər cəlb olunmalıdır. Startuplara investisiya qoyulmalı, qrantlar verilməlidir. Bu səviyyədə kompleks tədbirlər planı hazırlanmalıdır”.
Ali məktəblər İT mütəxəssisi yetişdirə bilirmi?
İT mütəxəssisi Emin Axundov qəzetimizə açıqlamasında bildirib ki, ölkəmizdə İT sahəsində əsas problem mütəxəssislərin xarici ölkələrə getməkləri yox, azlıq təşkil etməkləridir. Onun sözlərinə görə, “düşünən beyinlər”in ölkəmizdən getməsi özü-özlüyündə problem deyil. Problem ondadır ki, bu insanların ümumi sayı azdır: “Əgər bizdə 100 mütəxəssis varsa, 20-si gedibsə, bu 20 faiz olur. 1000 mütəxəssisdən 20-si gedirsə, 2 faiz olur. Burada söhbət neçə nəfərdən neçəsinin getməsidir. Bizim problemimiz mütəxəssislərin xarici ölkələrə getməkləri yox, azlıq təşkil etməkləridir. Bəs, niyə azdır? Məsələ burasındadır ki, sənaye akademik mühitdən daha öndə olur. Yəni təhsil sistemi uyğunlaşanadək sənaye artıq onu qabaqlayır. Bu da arada boşluq və problemin yaranmasına gətirib çıxarır. Bu problemi isə özəl kurslar həll etməyə çalışır. Onların da sürəti bazarın potensial tələbinə kifayət etmir. O demək deyil ki, ali məktəblərdə təhsil verilmir. Sadəcə, vaxt baxımından geridə qalır”.
O zaman belə bir sual yaranır? Problemin həlli üçün nə etmək olar? Mütəxəssis deyir ki, bizdə kod yaza bilən, peşə təhsilli şəxslərə tələbat var. Amma gəl gör ki, peşə təhsili ürəkaçan deyil: “Proqramçı olmaq və kod yaza bilmək üçün 4 il universitet oxumalısan. Əslində bu işi Code Academy 9-12 aya görür. 9 aylıq təlimi biz 4 ilə öyrənirik. Gərək tələbə ikinci kursdan həmin sistemi mənimsəsin. Proses olduqca ləng gedir. Ona görə də kifayət qədər adam yetişdirilmir. Bunun həlli odur ki, tədris proqramlarının hazırlanmasına yenidən baxılmalı və üzərində işlər aparılmalıdır. Peşə təhsili bu baxımdan daha çevik olmalıdır. Təhsil ocaqlarında ixtisaslı peşə təhsili dəyişək, inkişaf etdirək, eləcə də proqramlarını müasirləşdirək ki, daha çox insan təhsil alsın. Bir sözlə, problemin həlli mövcud təhsil sistemini çevik etməkdən ibarətdir”.
“Bu gün İT mütəxəssisi ilə yanaşı, gələcəyin həkimi, mühəndisi və s. öz sahəsi üzrə İT biliklərini mənimsəməlidir. Texnologiyadan düzgün istifadə qaydaları tədris edilməlidir. Bu tədris ölkəmizdə yoxdur. Bizdə sadəcə informatika fənni keçirilir. O da çox səthi formada aparılır. Bu məhdud bilgi ilə peşəyə yiyələnsələr də, texnologiyanın necə tətbiq olmasını bilmirlər. Biz İT təhsilini qeyri-İT peşə sahiblərinə də öyrətməliyik”, - deyə E.Axundov söyləyib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58

