Müxtəlif mədəniyyətlərin və dinlərin mərkəzi...
21.04.2023 [11:47]
Azərbaycan dünyaya nümunədir
Artıq bir neçə ildir ki, dünyada diskriminasiyanın, milli-dini ədavətin artan xətlə inkişaf etməsi müşahidə edilməkdədir. Qeyd edilən məsələnin bir çox fikir adamları, siyasətçilər tərəfindən artıq qlobal bir problem kimi qiymətləndirilməsi də təsadüfi deyildir. Çünki demokratik ənənələri özünün yaşam prinsipi elan etmiş bəzi dövlətlərdə belə bu hal olduqca təhlükəli vəziyyət alır. Müxtəlif platformaların, sosial şəbəkələrin bəlkə də ən çox istifadə edildiyi indiki bir vaxtda dünyanın ən müxtəlif yerlərində, nöqtələrində digər dinlərə, mədəniyyətlərə qarşı ən çirkin kampaniyaların təşkil edildiyini, keçirildiyini tez-tez görürük. Buraya hansısa dinlərə məxsus olan müqəddəs kitabların yandırılması, peyğəmbərlərin təhqir olunması, onların karikaturalarının hazırlanması, ibadət yerlərinin dağıdılması və başqa dırnararası məqsədlər üçün istifadə edilməsi kimi bir çox məqamlar daxildir. Analoji hadisələrin ardıcıllığını istənilən qədər uzatmaq olar, amma, ehtimal ki, belə hallardan artıq çoxları məlumatlıdır. Hər kəs üçün açıq bir platforma olan internetdə sadalanan nüanslarla bağlı yüz minlərlə faktlara - hətta foto və video görüntülərə - rast gəlmək olar. Ən dəhşətlisi və ən təəccüblüsü isə odur ki, müxtəlif dinlərin, mədəniyyətlərin təhqir edilməsi, onlara qarşı kobud münasibətin göstərilməsi kimi hadisələrin baş verməsi artıq mənfi bir tendensiyaya çevrilib.
Bütün bunların əksinə, multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Belə ki, qədim və zəngin tarixə malik olan Azərbaycanda tarixin bütün dövrlərində müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, ehtiram, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb. Sevindirici və qürurverici bir haldır ki, bu ənənə günümüzə qədər davam edir. Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də mədəni abidələrə qayğı və diqqətlə yanaşılır.
1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və milli-dini tolerantlığı özündə əks etdirən siyasi kurs bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Əhalisinin böyük bir qismini müsəlmanların təşkil etdiyi Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidələr, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara bayramlarının, dini rituallarının keçirilməsi üçün şərait yaradılır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır.
Məlum olduğu kimi, işğalçı ölkə olan Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını əsarətdə saxlayıb. Bu illər ərzində onlar həmin ərazilərdə olan bütün tarixi-mədəni abidələrimizi - məscidlərimizi, abidələrimizi və s. tamamilə məhv edib, dağıdıblar. Erməni vəhşiliyinin əsl siması Azərbaycan tarixinin qürur yeri olan 44 günlük Vətən müharibəsindən sonra bir daha aydın şəkildə ortaya çıxmış oldu. Bir daha məlum oldu ki, işğaldan azad edilmiş ərazilərimiz düşmənin ən müxtəlif yollarla zülmünə, məhvinə məruz qalıb, yerlə-yeksan edilib. Lakin bütün bu ağrılı, acılı həsrət dolu günlər arxada qaldı. Qarşıda çox intensiv şəkildə davam etdirilən genişmiqyaslı quruculuq işlərinin tam şəkildə başa çatacağı günlər gözləyir. Elə quruculuqdan söz düşmüşkən, bir məqamı da xüsusi olaraq yada salmaqda, xatırlatmaqda fayda var. Düşmən ölkənin bütün çirkin oyunlarına, addımlarına baxmayaraq, bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində Azərbaycan dövləti heç bir ayrı-seçkilik nümayiş etdirmir. Məsələn, işğaldan azad edilmiş Şuşa şəhərində yerləşən tarixi məscidlərlə yanaşı, Qazançı kilsəsi də yenilənir. Bu, ölkəmizdəki tolerant mühitin növbəti təsdiqidir.
Bu gün ölkəmizdə bütün dinlərin daşıyıcıları azad və rahat şəkildə öz inanclarına, dini dəyərlərinə sahib çıxır, ibadətlərini edirlər. İstər dövlət strukturlarında, istərsə də qeyri-hökumət təşkilatlarında müxtəlif etnik kökənli, fərqli dinlərə mənsub insanlar fəaliyyət göstərir. Onların hər biri Azərbaycan dövlətinin inkişafına xidmət edir.
Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər.
Nicat Dilqəmli
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

