Su altındakı daş möcüzələr
04.07.2024 [10:40]
Şahanə MÜŞFİQ
Heykəllər bir şəhərin, ölkənin bəzəyi, incəsənətin ən çətin və ən gözoxşayan növlərindən biridir. Bir də mavi suların altında, dənizlərin, okeanların ən dərin qatlarında olan, bənzərsiz istedada malik heykəltəraşların yaratdığı sənət nümunələri var ki, bu yazımızda onların bəzilərini birlikdə kəşf edəcəyik:
1. Sualtı heykəltəraşlığın mahir ustası Ceyson de Caires tərəfindən yaradılan Okean Atlası:
Baham adaları dənizinin dibində yerləşdirilmiş Okean Atlası 60 ton çəkisi və 5,5 metr uzunluğu ilə dünyanın ən böyük sualtı heykəllərindən biridir. Dünyaca məşhur heykəl öz adını Qədim Yunan mifologiyasında bütün dünyanı çiyinlərində daşıdığına inanılan tanrı Atlasdan götürüb.
2. Məsihin tunc heykəli, San Fruttuoso - İtaliya:
İtalyan heykəltəraş Guido Galletti tərəfindən hazırlanmış Uçurum Məsihi heykəlinin hündürlüyü 2,5 metr, çəkisi isə 260 kq-dır. Bu unikal tikili 1954-cü ilin avqustunda suyun altına yerləşdirilib.
Heykəlin illər sonra yaradılan kopyalarından biri Floridada Key Larqoda sərgilənir. 1972-ci ildə Palü gölündə yerləşdirilən kopyası isə bir gəmiçilik şirkəti tərəfindən Qrenada xalqına hədiyyə edilib.
3. Qrand Kayman adasının cənub-qərb ucunda yerləşən Amfitrit (Su pərisi heykəli):
Amfitrit Kayman adalarının Qrand Kayman adasının cənub-qərbində yerləşən Sunset House-da çimərlikdən 50 fut məsafədə yerləşir. Simon Morris tərəfindən yaradılmış bürünc heykəlin hündürlüyü 9 metr, çəkisi 272 kiloqramdır.
4. Misirin batmış Thonis-Heracleion şəhərində III Kleopatra heykəli:
Su altındakı füsunkar heykəlin Ptolemey kraliçası III Kleopatranı (e.ə. 142-101) təsvir etdiyi güman edilir. O, 2 min il sonra sualtı arxeoloqlar tərəfindən kəşf edilmiş batmış şəhər olan Thonis-Heracleiondadır.
Antik şəhər Misirin Əbu Qir körfəzinin yaxınlığında, sahildən 2,5 km aralıda və 10 metr dərinlikdə yerləşir.
5. Neptun Memorial rifində yerləşən aslan heykəli:
Dünyanın ən böyük insan rifi olan Neptun Memorial rifi Florida sahillərində, Key Biscayne yaxınlığında yerləşir. İtirilmiş Atlantis şəhərinə həsr olunmuş rif 15 metr dərinlikdə okeanın dibinin təxminən 60 hektarını əhatə edir.
6. Heykəltəraş Ceyson deCaires Taylorun daha bir sualtı sərgisi: Ayia Napa Sualtı Heykəl Muzeyi (MUSAN):
Aralıq dənizinin ilk sualtı muzeyi adına sahib olan MUSAN, Aiya Napa sahilindən 200 metr aralıda yerləşir. Kipr sahillərindəki bu muzeydə nəhəng ağaclar və oynayan uşaqlar təsvir edilib.
7. Qrand Kaymandakı “Rifin Mühafizəçisi” heykəli:
Qrand Kayman adasındakı Sunset House-da çimərlik kənarında yerləşən, Qədim Yunan zirehinə bürünmüş Rifin Mühafizəçisi həm də bir dəniz atıdır. Bəzi rəvayətlərə görə, suyun altına dalaraq gözətçini öpmək insana şans gətirir.
8. Molinere Sualtı Heykəl Parkı:
2006-cı ildə ziyarətçilərin üzünə açılan Molinere Sualtı Heykəl Parkı dünyanın ilk sualtı heykəltəraşlıq parkıdır. Park Karib dənizində, Qərbi Hindi adalarının qərb sahilində yerləşir.
İngilis heykəltəraş Ceyson deCaires Taylor tərəfindən yaradılan heykəltəraşlıq parkına qayıqla St Georges limanından və ya qərb sahilindəki Grand Anse körfəzindən getmək olar.
9. Musiqiçi- Steinvey konsert pianosunun bənzəri və su pərisi heykəli:
“Musiqiçi” su pərisi və Steinway konsert royalını əks etdirən heykəldir.
İllüzionist David Copperfieldə məxsus adanın yaxınlığında yerləşən piano 316 paslanmayan poladdan hazırlanmışdır. Su pərisi heykəli dəniz böyüməsini təşviq etmək üçün Ceyson De Caires Taylor tərəfindən pH neytral sementdən hazırlanmışdır.
10. Ceyson deCaires Taylorun “Monumental Portret Seriyası”:
Sainte-Marguerite adasının cənub hissəsindəki Poseydon dəniz çəmənlikləri arasındakı ağ qumda yerli sakinləri təsvir edən “Monumental Portret Seriyası”na rast gələ bilərsiniz.
Hər birinin hündürlüyü 2 metr və çəkisi 10 ton olan 6 ədəd “Monumental” üçölçülü portret seriyası Fransanın Kann sahillərində sualtı muzey kimi tikilib və 2021-ci ildə ziyarətçilərin ixtiyarına verilib.
11. İtaliyanın Neapol sahillərində, batmış Baia şəhəri- “Batmış Pompey”:
Bura əfsanələrlə dolu bir vulkanik ərazi, İtaliyanın sualtı Pompeyi olaraq adlandırılan batmış Baia şəhəridir.
Hazırda Neapol körfəzində Tirren dənizinin dalğaları altında yerləşən bu qədim Roma şəhərinin vaxtilə Roma cəmiyyətinin elitası ilə dolu olan inkişaf etmiş kurort şəhəri olduğu düşünülür.
12. Nutmeg Princess:
Qrenadanın Moliniere körfəzindəki Sualtı Heykəl Parkında yerləşən Nutmeg Princess, Qrenadanın ilk nağıl şahzadəsinin böyük bir kokos qabığından çıxdığını və bir ovuc Qrenadanın məşhur ədviyyatı ilə göylərə yüksəlməsini təsvir edir.
Heykəl 1992-ci ildə qrenadalı yazıçı və dramaturq Riçardo Keens-Duqlasın “The Nutmeg Princess” kitabından ilhamlanıb və rəssam Lene Kilde tərəfindən dizayn edilib. Heykəlin hündürlüyü 3 metrdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11

