Yaşıl zolaqlı giləmeyvə...
03.08.2023 [11:50]
Ümumdünya qarpız günüdür
Yay aylarının sevilən giləmeyvələrindən biri qarpızdır desək, yəqin ki, yanılmarıq. Çoxları həzm prosesini rahatlaşdıran, susuzluğu yatıran bu meyvənin sadəcə su və şəkərdən ibarət olduğunu düşünür. Ancaq qarpızın kalori və qida dəyəri çox zəngindir. Bir çox vitamin və minerallarla da zəngindir. İsti və mülayim iqlimlərdə yetişdirilir, soyuq sevməyən və çox nəmli mühitlərdə böyüməyən meyvədir.
Balqabaqkimilər fəsiləsinə məxsus bu birillik ot bitkisi tropik Afrikada yabanı halda yetişib. Onun Mərkəzi Namib səhrası və Kalaxarinin yarımsəhra zonasında bitdiyi hesab edilir. İndi də həmin vadilərdə yabanı qarpız tağları ilə üzləşmək olar. Təxminən qreypfrut boyda acı dada malik qarpızın müasir forma və görkəmə düşməsi üçün təxminən 4 min il vaxt keçib.
Qədim misirlilər bizim eradan əvvəl təxminən 2000-ci ildə onu kəşf edərək üzərində təcrübə aparmağa başlayıblar. Yaponlar daşınma çətinliyinə görə kvadrat formada qarpız yetişdiriblər, lakin onlar bu yolla texniki problemləri həll etsələr də, onun dadında olan şirin təamı saxlaya bilməyiblər.
96 ölkədə 1200-dən çox növ...
Hazırda dünyanın 96 ölkəsində 1200-dən çox qarpız növü yetişdirilir. Başqa ölkələrlə müqayisədə qarpız yeyilməsinə görə Amerika Birləşmiş Ştatları birinci yerdə gedir. Ölkədə qarpızın 300 növü var. Xüsusilə qitənin Latın Amerikası mənşəli əhalisi olan regionlarında qarpız çox məşhurdur.
Rusiyaya qarpız VIII-X əsrlərdə Hindistandan gətirilib. Əvvəlcə onu Volqaboyunda, sonralar ölkənin mərkəzi rayonlarında yetişdiriblər. Rusiyada daha çox Astraxan qarpızı sevilir.
Avqustun 3-ü dünyanın fərqli ölkələrində Qarpız günü kimi qeyd olunur. Yaşıl zolaqlı bu meyvə ilə bağlı qlobal, maraqlı, bir o qədər də qəribə ənənələr var:
ABŞ
Hər il ABŞ-ın müxtəlif ştatlarında, xüsusilə də ölkənin cənubunda qarpız festivalları keçirilir. Hər festival qarpızın müxtəlif cəhətlərini üstün tutur. Məsələn, “North Carolina Watermelon Festival”da hər il “ən dadlı və şirin qarpız” uğurunda yarış keçirilir. “Mississippi Watermelon Fest”də isə “ən böyük qarpız” axtarılır.
“New Orleans Jazz” festivalının birinci günü “qurban verilən qarpız” artıq ənənəyə çevrilib. Florida ştatında isə hər il “Qarpız Kraliçası” seçilir. Qarpız Kraliçası qarpız sənayesinin sözçüsü kimi ABŞ və Kanada şəhərlərinə səfərlər edir.
İran
İranda qarpız festivalı olmasa da, Çillə gecəsi kimi qeyd olunan bayram günü qarpız xüsusi əhəmiyyət daşıyır. Hər il ilin ən uzun gecəsi ailə yığışır, birlikdə şam yeməyi yeyir. Yayda becərilmiş qarpızlar xüsusilə çillə gecəsi üçün saxlanılır.
Bəziləri inanır ki, Çillə gecəsi qarpız yeyən adam yay aylarında sağlam olacaq, istidən qoruna biləcək.
Çin
Hər il may ayının sonunda keçirilən “Daxing” Qarpız Festivalında da yarışmalar keçirilir. Pekinin cənubunda yerləşən Daxing ərazisində, “qarpız şəhəri” kimi tanınan Xigua bu festivala ev sahibliyi edir. Festival iyula qədər davam edir. Burada da ən dadlı, ən şirin və ən gözəl qarpızlar uğurunda yarışlar keçirilir.
Macarıstan
Macarıstanda da 1995-ci ildən bəri hər il avqust ayında bu meyvəyə həsr olunmuş populyar festival keçirilir. Macarıstanda keçirilən festival digər ölkələrdən bir qədər fərqlənir. Burada keçirilən yarışlarda ən yaxşı nəticə əldə edən adam “Qarpız Cəngavəri” olaraq seçilir. Yarışlar arasında junqlyorluq, qarpızın yeyilməsi və qarpızın çəkisini tapmaq da var.
Piylənmə problemi olanlar...
Həkim-terapevt Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında qarpızın faydalarından danışıb. Həkimin sözlərinə görə, zülal və liflərlə zəngin olan bu meyvənin tərkibində folat, niasin, pantoten turşusu var: “Qarpız qaraciyər, mədə, podaqra və ürək xəstəlikləri zamanı istifadə edilən pəhriz reseptlərinə daxildir. Böyrəklərdə olan daş və duzları əritmək üçün qarpız ən yaxşı vasitələrdən biri hesab olunur. El arasında əbəs yerə demirlər ki, “çox qarpız yeyənin böyrəyində daş olmaz”. Piridoksin və tiamin komponentlərindən ibarət olan qarpız A, C, E və B6 vitaminləri ilə zəngindir. İnsanlar qarpızın 1 hissəsini yeyərək bədənin ehtiyac duyduğu və gündəlik istehlak etməli olduğu C vitamini miqdarının 15 faizini qarşılaya bilərlər. Qarpızın qan təzyiqini aşağı salma təsiri də var. Həmçinin piylənmə problemi olan insanlar üçün tövsiyə olunur”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42

