Binədən qədim
25.10.2023 [13:59]
Abşeron kəndləri
Mikayıl
Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir.
Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılıb. Tarixçi-alim R.İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilmişlər. "Binəqədi faunası" dünya təbiətşünasları arasında çox məşhur bir terminə çevrilib. Araşdırmalara görə, bura su içməyə gələn heyvanlar neft yataqlarının bu ərazidə üzə çıxması ilə qır göllərinə düşüb məhv olmuşlar. 1913-cü ildə Binəqədidə Tunc dövrünün sonlarına aid qəbirdən qadın skleti, tunc üzük, sancaq, qolbaq, gil qablar və s. məişət əşyaları aşkar edilmişdi.
Kəndin orta əsrlər dövrünün inkişafı "Köhnə Binəqədi" ərazisində keçib. Hacı Xuda Baxşı hamamı və beş ovdan-quyu əhaliyə xidmət göstərib. "Köhnə Binəqədi" kəndinin demək olar ki, yalnız "Baba" övdanının quyusu indiki dövrə kimi gəlib çatmışdır. 849-cu ildə köhnə Binəqədi kəndini tərk etmiş əhali yeni ərazidə relyefın ən hündür nöqtəsində, təpəlik üstündə Cümə məscidini tikib. 12 əsrlik yaşa malik məscid binasının tikintisi müxtəlif dövrlərə təsadüf edir. Cümə məscidinin ilk tikintisi 1818-ci ildə yerli camaatın təşəbbüsü ilə qoyulub. Kəndin köhnə ərazisinin yerin cəhətləri istiqamətində inkişafı nəticəsində tarixi topoqrafık sahələri yaranıb. "Maralan" adlanan əkin sahələri kəndi şimal-şərq hissəsindən əhatə edərək, burada taxıl və arpa kimi dənli bitkilər əkilib, "Qara yataq" adlanan şərq hissə mal və dəvə saxlanması üçün istifadə olunub. Şimala doğru "Digəh yeri", cənub-şərq hissə "Cirələr" adlanardı. Kəndin şimal ərazisi "Ala-daş" (daş karxanaları), indiki neft istehsalı sahəsi "Qara taxtalar" adlanardı. Şor gölün cənubu "Qartum üstü" (daşlıq) adını almışdı. Binəqədi məhəllələri: "Çuxur" dərədə yerləşdiyindən "Dərə" məhəllə də adlanır; Ağa-Nəzər Paşalı, Çaylı, Aşırallı, Kəmsəri, Əskəri, Qırbişirənlər, Gülüstan, Mədən, Naxır bulağı və d. idi.
Binəqədi əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olub.
Binəqədidə evlərin sayı 1849-cu ildə 49, 1886-cı ildə 168 və 1921-ci ildə 184 idi. Əhali sayı 1842-ci ildə 372 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 19-cu yerdə olsa da, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 847, 1926-cı ildə 6562 və 1939-cu ildə 11200 nəfər olub.
Binəqədi ətrafında XIX əsrin sonlarında neft çıxarılması ilə bağlı ərazi mədən-zavod rayonu ərazisinə aid olur və kəndin ətrafında fəhlə qəsəbəsi yaradılır. Əhali sayı 1959-cu ildə 11 min, 1999-cu ildə 15,5 min, 2009-cu ildə 37,7 min və 2016-cı ildə 38,6 min nəfər olub. Qəsəbənin hazırda əhali sayı 70 min nəfərdən çoxdur.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

