“YARAT” xeyriyyə məqsədilə satış-sərgi keçirəcək
09.12.2014 [08:58]
Dekabrın 10-da İçərişəhərdə yerləşən “Art Garden” restoranının sərgi salonunda “YARAT” Müasir İncəsənət Məkanı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən artıq iki ildir davamlı olaraq həyata keçirilən və aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlmiş “BacarArt” layihəsi çərçivəsində geniş miqyasda xeyriyyə satış-sərgisi keçiriləcək.
“YARAT” Müasir İncəsənət Məkanından AzərTAc-a bildirilib ki, layihənin əsas məqsədi, əvvəl olduğu kimi, indi də Azərbaycanın müxtəlif regionlarından olan istedadlı uşaqların yaradıcı potensiallarının inkişafına təkan verməkdir. 2014-cü ildə layihədə rəssamlardan Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova və Reza Hazare iştirak ediblər. Onların rəhbərlikləri ilə “BacarArt”ın gənc iştirakçıları kompozisiya, rəsm, kollaj və fotoqrafiyanın əsaslarını mənimsəyiblər.
2014-cü ildə layihə artıq Azərbaycanın 11 regionunu əhatə edib: Bakının Şüvəlan qəsəbəsini, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, Goranboy və Ağdam rayonlarını. Layihənin birinci mərhələsi çərçivəsində 50 istedadlı uşaq və yeniyetmə iki regional mərkəzdə - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ixtiyarında olan Saatlı və Göygöldə toplaşıblar. İş prosesinə komitənin 10 təlimatçısı nəzarət edib.
Layihənin ikinci mərhələsində iştirakçılar, Şəkidəki “Marxal” kurort kompleksi ərazisində keçirilməsi qərara alınmış yay məktəbi çərçivəsində ünsiyyəti davam etdiriblər. On gün ərzində iştirakçılar Şəki xanlarının sarayını, “Gələrsən-Görərsən” qalasını, Cümə məscidini, Kiş qala və məqbərəsini, Yuxarı Çardaxlardakı qalanı, Orta Zəyzitdəki qüllə və məbədi, həmçinin digər memarlıq abidələrini ziyarət ediblər.
Səfalı mənzərələr, şəhər təlaşından təcridolunma və sərbəstlik şəraiti hər bir uşağın potensialını maksimal şəkildə aşkar etməyə kömək olub.
Layihə nəticəsində 150-dən çox rəsm və 80-dən çox fotoşəkil yaradılıb. Buna baxmayaraq layihənin final mərhələsi üçün yalnız ən yaxşı 19 fotoşəkil və 41 rəsm seçilib.
Layihə dekabrın 10-da saat 19:00-da İçərişəhərdə yerləşən “Art Garden” restoranının sərgi salonunda başa çatacaq, həmçinin orada geniş miqyasda xeyriyyə satış sərgisi keçiriləcək. Sərgidən əldə olunan bütün vəsait 30 finalçının ailələrinə paylanacaq və onların istedadlarının sonrakı inkişafına yönəldiləcək.
Layihə iştirakçıları sərgidən əvvəl Bakıda yığışacaqlar. Onlar üçün şəhərin tarixi yerlərinə maraqlı tur təşkil ediləcək. İştirakçılar Heydər Əliyev Mərkəzini də ziyarət edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

