Sənət ocaqları yeni mövsümdə tamaşaçılara nə vəd edir?
30.09.2017 [11:48]
Paytaxtımızın sakinləri və qonaqlar üçün maraqlı repertuar hazırlanıb
Artıq bir neçə gündür ki, teatrlarımız yeni mövsümə start verib. Bəs bu mövsümdə tamaşaçılara hansı tamaşalar təqdim olunacaq?
108-ci mövsümünə sentyabrın 16-da start verən Azərbaycan Dövlət Musiqili Teatrında sualımıza cavab olaraq bildirilib ki, yeni mövsümü dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli komediyası ilə açan teatrda, eyni zamanda, növbəti 3 ay üçün repertuar planı da təsdiq edilib. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun verdiyi məlumata görə, qarşıdakı aylar ərzində teatrın repertuarında olan 30-a yaxın tamaşa təqribən 70 dəfə nümayiş olunacaq. Belə ki, tamaşaçılar “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Baladadaşın toy hamamı”, “Mənim günahım”, “Molla Nəsrəddinin beş arvadı”, “Amerikalı kürəkən”, “Bankir adaxlı”, “999-cu gecə”, “Toya bir gün qalmış”, “Kimdir müqəssir?” və başqa tamaşaları izləyə bilərlər. Teatrda rusdilli və balaca tamaşaçılar üçün də tamaşalar təqdim olunacaq.
Gənc Tamaşaçılar Teatrı yubiley mövsümündə premyera ilə teatrsevərlərin qarşısına çıxacaq
Özünün 90-cı mövsümünə start verən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da oktyabrda tamaşaçılarına maraqlı repertuarlar vəd edir. Bu teatr “Şeyx Sənan”, “Mən gəldim, qızlar”, “Aydın”, “Cəza”, “Ələddinin sehrli çırağı”, “III Riçard”, “Tıq-tıq xanım”, “Pəri Cadu” və başqa tamaşaları ilə yanaşı, yeni mövsümün ilk premyerası olan “Qulliver cırtdanlar ölkəsində” səhnə əsərini də təqdim etməyi qərara alıb. Eyni zamanda, teatr ilboyu öz tamaşaçılarını maraqlı, yeni səhnə əsərləri ilə sevindirməkdə davam edəcək.
Teatrın mətbuat xidmətinin rəhbəri Lalə Azərinin qəzetimizə verdiyi məlumata görə, mədəniyyət ocağında həmçinin yeni layihə üzərində yaradıcılıq prosesinə başlanılıb. Onun sözlərinə görə, teatrın Bakı Yunis Əmrə İnstitutu ilə birgə reallaşdırdığı layihə “Eşqi - Nigar” adlanır. Əsər türk dünyasının ortaq əfsanəvi qəhrəmanı Koroğlu dastanı əsasında hazırlanır. L.Azəri onu da əlavə edib ki, layihənin Bakı premyerası bu ilin noyabr ayının 14-də baş tutacaq. Sonrakı nümayişlər isə Türkiyə Cümhuriyyətinin Ərzurum, Bolu və digər şəhərlərində nəzərdə tutulur.
Milli Dram Teatrı bu mövsüm də həm dünya, həm də Azərbaycan klassik tamaşalarına ev sahibliyi edəcək
Yeni teatr mövsümünü sentyabrın 22-də görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 145-ci mövsümdə tamaşaçılara həm dünya, həm də Azərbaycan klassikasından tamaşalar təqdim edəcək. Oktyabr ayının repertuarına isə “Mənim günahım”, “Boy çiçəyi”, “Cəhənnəm sakinləri”, “Xanuma”, “Ölülər”, “Almaz”, “Qaraca qız”, “Sənətkarın taleyi” və s. tamaşalar daxil edilib.
Kukla Teatrından yeni sürprizlər var
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı isə özünün 86-cı teatr mövsümünə sentyabrın 16-da dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” tamaşası ilə başlayıb. Teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmovanın sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu il də uşaqları sevindirməyi qarşısına məqsəd qoyan sənət ocağı oktyabr üçün bir-birindən rəngarəng repertuar planı hazırlayıb. Belə ki, teatrın yaradıcılıq planına “Ələddin”, “Qoçaq Əhməd”, “Karlson”, “Çippolino”, “Qoğal”, “Durna balığı”, “Turp” və başqa tamaşalar daxil edilib.
Onu da qeyd edək ki, hazırda ölkədə 28 peşəkar teatr fəaliyyət göstərir ki, bunlardan biri opera və balet, 19-u dram, musiqili-komediya və musiqili dram, 8-i isə uşaq və gənc tamaşaçılar teatrıdır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14

