Hər zaman sözün düzünü deyən şair
26.07.2019 [08:13]
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mövlud Teymur “Mən sözü düz dedim” adlı yeni şeirlər kitabı ilə oxucuların görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, şairin sayca on altıncı kitabı olan bu topluda ana vətənə, doğma yurda, torpağa, elə-obaya, təbii gözəlliklərə bağlılıq ülvi bir hisslə tərənnüm olunur. Həyata münasibət, insanın daxili aləminə varmaq, gəncliyə, təmiz sevgiyə, saf məhəbbətə ucadan baxmaq hissləri, duyğuları bədii dildə, obrazlı, qabarıq şəkildə verilib. Bədii cəhətdən, dil, üslub baxımından zəngin, yaddaqalan bu şeirlər oxucuda xoş təəssürat oyadır.
Respublikamızın dilbər guşəsi olan İsmayıllı rayonunun Buynuz kəndində 1951-ci ildə dünyaya göz açan Mövlud Teymur orta məktəb illərindən ədəbiyyata, şeirə böyük maraq göstərib, rayonda çıxan “Zəhmətkeş” qəzeti redaksiyasında fəaliyyət göstərən ədəbi məclisin fəal üzvlərindən olub.
Ədəbiyyata ötən əsrin yetmişinci illərində gələn şairin “Yağış” adlı ilk şeiri 1972-ci ildə dərc olunub. Sonra şeirləri “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və İncəsənət”, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan təbiəti” və digər qəzet və jurnallarda işıq üzü görüb. Şeirləri bir sıra xalqların dilinə tərcümə olunub. “Araz”, “Qızıl qələm”, Rəsul Rza adına mükafatlara layiq görülüb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini, həm də 2 illik jurnalistika kursunu bitirib. Bir müddət müəllim işləyib. Ali kateqoriyalı müəllim olub, metodist müəllim kimi tanınıb.
Onun keçdiyi ömür yolunu vərəqlədikcə bir daha “Şairin tərcümeyi-halı olmur, taleyi olur” fikrinin böyüklüyünə inanmaya bilmirsən. On yeddi yaşından Bakı şəhərində işləmiş, 90 nömrəli fəhlə-gənclər orta məktəbini bitirmişdir...
Sözə könül verib, əlinə qələm alandan hər zaman qəlbindən keçəni, düz bildiyini yazıb, oxucunu da düz olmağa, saflığa səsləyib. Onun ömür kredosu məhz bu amal üstə köklənib. Bəlkə də elə bu səbəbdəndir ki, “Mən sözü düz dedim, doğru söylədim, Tərtəmiz söylədim, duru söylədim” deyir.
Bu kitabda onun doğma Azərbaycana həsr etdiyi çox dəyərli misralar var. Bu da onun qəlbindəki sonsuz vətən sevgisindən xəbər verir. O, sanki hər şeiri, hər misrası ilə vətənə olan sonsuz sevgisini oxucu ilə bölüşmək istəyir. Azərbaycana canı, ruhu, öz bədəni kimi baxır, Vətənini vuran qəlbi, ürəyi hesab edir və bununla qürurla fəxr etdiyini söyləyir.
Mövlud Teymurun şeirlərində həm də təbiətə sonsuz bağlılıq var. Bu da təbiidir. Çünki İsmayıllıda, dağların əhatəsində doğulub, təbiətə vurğun olmamaq mümkünsüzdür. Bəlkə də onu şeirə, poeziyaya bağlayan əsas amillərdən biri yaşadığı yerin əsrarəngiz təbiəti, bənzərsiz gözəlliyidir.
Onun şeirlərini oxuduqca insanın gözü önündə həm də zəhmətkeş bir qələm adamının, həyatın sınaqlarına sinə gərən, ayaqda durmaq üçün min bir zəhmətə qatlaşan hünərli bir kişinin, əyilməz bir insanın obrazı canlanır. İstər-istəməz hiss edirsən ki, bu misralarda illərin ağrısı-acısı boy verməkdədir.
İnanırıq ki, qəlbində haqq sevgisi, misralarında düzlük, paklıq çağırışı olan Mövlud Teymurun yeni şeirlər kitabı da əvvəlki əsərləri kimi çoxsaylı oxucuların qəlbinə yol tapacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

