/ / “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
“Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
21.08.2020 [09:18]
Avqustun 20-də Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatlarının, C.Nehru adına Beynəlxalq mükafatın laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun anadan olmasının 108-ci ildönümü münasibətilə “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” mövzusunda onlayn qaydada beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan (Türk Fondu) AZƏRTAC-a bildiriblər ki, konfransda Fondun prezidenti Günay Əfəndiyeva çıxış edərək Niyazinin Azərbaycanın və bütövlükdə türk dünyasının mədəniyyətində dərin iz buraxdığını, özündə həm milliliyi, eyni zamanda, bəşəriliyi ehtiva etdiyini, müxtəlif ölkələrdə Azərbaycan, Türkiyə və xarici ölkə bəstəkarlarının əsərlərinə dirijorluq edərək, onları bütün dünyaya tanıtdığını vurğulayıb.
Niyazinin adının hər zaman həm Azərbaycanda, həm də Türkiyədə sevgi ilə anıldığını qeyd edən G.Əfəndiyeva Ulu Öndər Heydər Əliyevin Niyazi ilə münasibətlərindən danışıb, üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Niyazinin abidəsinin açılış mərasimini xatırladıb.
Azərbaycan-Türkiyə münasibətlərinə toxunan Fondun prezidenti deyib: “Bu gün Azərbaycan-Türkiyə əlaqələrinin hər bir sahədə - siyasi, ictimai, mədəni və digər istiqamətlərdə inkişafından biz qürurla danışırıq. Əminliklə deyə bilərəm ki, Niyazi Azərbaycan-Türkiyə mədəni əlaqələrinin ənənələrini formalaşdıran şəxsiyyətlərdən biridir”.
O, həmçinin konfransın materialları, eləcə də Azərbaycan və Türkiyə muzeylərinin arxivlərində saxlanılan materiallar əsasında Fondun himayəsi ilə “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” kitabının nəşr olunmasını təklif edib.
Konfransda Azərbaycandan və Türkiyədən iştirak edən alim və mütəxəssislər - Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Alla Bayramova, İstanbul Universitetinin professoru Fethi Gedikli, Azərbaycanın Əməkdar artisti, Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı, Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov, İstanbul Universiteti Konservatoriyasının musiqişünaslıq kafedrasının magistri Ecem Tuğçe Akbulud, azərbaycanlı gənc bəstəkar Sara Dilruba maestro Niyazinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin yaradılması və inkişafında mühüm rolundan, onun Türkiyənin incəsənət xadimləri ilə dostluğundan söhbət açıblar.
Tədbirdə, həmçinin görkəmli türk pianoçusu İdil Biretin konfransa göndərdiyi Niyazi ilə bağlı yazılı xatirələri səsləndirilib.
Videokonfrans maraqlı fikir mübadiləsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41

